6 mart
1922. Azərbaycan Kommunist Partiyası plenumunun qərarı ilə Azərbaycan əlifbasını latın yazı qrafikasına keçirmək üçün S. Ağamalıoğlunun başçılığı ilə xüsusi komissiya təşkil edilib
1955. ADR-in qurucusu Məmməd Əmin Rəsulzadə Ankarada vəfat edib
1992. Ali Sovetin sessiyasında prezident Ayaz Mütəllibov istefa verib. Ölkəyə rəhbərlik Ali Sovetin bir gün əvvəl seçilmiş sədri Yaqub Məmmədova həvalə edilib
2000. Prezident Heydər Əliyev “Azərbaycan Respublikasında Dövlət qadın siyasətinin həyata keçirilməsi” haqqında fərman imzalayıb
2003. Bakıda QDİƏT (Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı) regionunda yük daşımalarının asanlaşdırılması haqqında Anlaşma Memorandumu imzalanıb