42 yaşlı kişinin qulağını kəsdilər - <span style="color:red;">"DEDİLƏR BİZİM PAQONUMUZ VAR"
18 aprel 2018 14:16 (UTC +04:00)

42 yaşlı kişinin qulağını kəsdilər - "DEDİLƏR BİZİM PAQONUMUZ VAR"

Ötən gecə Lənkəranda 42 yaşlı kişinin qulağının kəsilməsi ilə nəticələnən hadisənin səbəbi məlum olub. Lent.az xəbər verir ki, Girdəni kəndindən keçən yolda tanımadığı şəxslərin hücumuna məruz qalan Ləj kənd sakini, 1976-cı il təvəllüdlü Əliağayev Vaqif Balaxan oğlu deyib ki, ona xəsarət yetirən şəxslər sərxoş vəziyyətdə olub: “Maşında ailə üzvlərimlə gedirdim. Bir də gördüm arxadan başqa maşın “marqat” edir. Həmin avtomobil çox yaxın sürürdü və körpünün üstünə çıxanda uşaqlar maşında qışqırışmağa başladı ki, “ata arxadan gələn maşın bizi vurur”. Elə körpünün üstündə maşını vurdular, tez qabağa sürüb mənim maşınımın qarşısını kəsdilər. Düşən kimi münaqişə yarandı, dedim telefon nömrələrini ver, ailə-uşaq maşındadır, əlaqə saxlayarıq. Dirəndilər ki, bəs sən bizim maşını vurmusan. Dedim sən arxadan gəlirdin necə sənin maşınını vura bilərəm ki? 5 nəfər idi, hamısı da içkili. Dedilər biz rütbəli adamlarıq, bilmirsən kimə ilişmisən. Elə həmin andaca biri məni vurdu, başımı çəkdim, heç hiss etmədim. O birisi qışqırdı ki, qan apardı. Mən də 102-yə zəng etmək istədiyimi görüb tez qaçdılar. Başımı kənara çəkməsəydim bıçaq boğazımı üzəcəkdi, qulağıma dəydi. Onlar sadəcə içkili vəziyyətdə kiməsə sataşmaq istəyirdilər, mənə rast gəldilər”.

 

 

 

*****

 

11:16

 

Ötən gecə Lənkəranda 42 yaşlı kişinin qulağının kəsilməsi ilə nəticələnən hadisə barədə bəzi məqamlar üzə çıxıb. Lent.az xəbər verir ki, hadisə Girdəni kəndindən keçən yolda qeydə alınıb.

 

Belə ki, Ləj kənd sakini, 1976-cı il təvəllüdlü Əliağayev Vaqif Balaxan oğlu avtomobillə hərəkətdə olarkən tanımadığı şəxslər onun qarşısını kəsib. Bu zaman münaqişə baş verib və şəxsiyyəti hələlik məlum olmayan şəxs V.Əliağayevin qulağını kəsib.

 

Hadisə vaxtı V.Əliağayevin ailə üzvləri maşında olub. Onun həmin şəxslərlə daha əvvəl mübahisə etdiyi və həmin söhbətin davamı olaraq münaqişənin baş verdiyi bildirilir.

 

Artıq V.Əliağayevə xəstəxanada yardım göstərilib və onun qulağı yerinə tikilib.

 

Faktla bağlı Lənkəran rayon Polis Şöbəsində araşdırma aparılır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 269
avatar

Nizam Rza

Oxşar yazılar

Dişini çəkdirən  gənc oğlan öldü

Dişini çəkdirən gənc oğlan öldü

27 iyul 2024 , 16:38
Ağcabədidə oğurluq edən uşaq saxlanıldı

Ağcabədidə oğurluq edən uşaq saxlanıldı

27 iyul 2024 , 15:38
Qubada DƏHŞƏT:  ata oğlunun asılmış meyitini tapdı

Qubada DƏHŞƏT: ata oğlunun asılmış meyitini tapdı

27 iyul 2024 , 14:55
Bakı və Sumqayıtda dələduzluq edənlər tutuldu

Bakı və Sumqayıtda dələduzluq edənlər tutuldu

27 iyul 2024 , 14:12
Tofiq Yaqublunun nədə ittiham olunduğu BİLİNDİ

Tofiq Yaqublunun nədə ittiham olunduğu BİLİNDİ

27 iyul 2024 , 13:26
Bakıda skuter  evin qabağından oğurlandı

Bakıda skuter evin qabağından oğurlandı

27 iyul 2024 , 13:09
Sumqayıtda evdən meyit tapıldı

Sumqayıtda evdən meyit tapıldı

27 iyul 2024 , 12:53
Bakıda qocaları aldadıb külli miqdarda dələduzluq etdi - VİDEO

Bakıda qocaları aldadıb külli miqdarda dələduzluq etdi - VİDEO

27 iyul 2024 , 12:28