Azərbaycan səhər yeməyinin şəhadətnaməsi alınıb - RƏSMİ
02 iyun 2015 19:04 (UTC +04:00)

Azərbaycan səhər yeməyinin şəhadətnaməsi alınıb - RƏSMİ

“Ötən il Azərbaycan sərhədini keçən əcnəbi vətəndaşların sayı azalıb.

 

Təbii ki, bu, Azərbaycandan asılı olan məsələ deyil. Rusiyada və digər ölkələrdə böhran baş verib ki, bütün bunlar hamısı bu məsələyə öz təsirini göstərir. Dövlət Statistika Komitəsinin açıqladığı rəqəmlərdə 2014-cü il üzrə Azərbaycan sərhədlərini keçən əcnəbilərin sayının azaldığı qeyd olunub. Lakin komitənin açıqladığı digər rəqəmlərə əsasən 2014-cü ildə Azərbaycana gələn turistlərin sayı çoxalıb”.

 

APA-nın xəbərinə görə, bu sözləri mədəniyyət və turizm naziri Əbülfəz Qarayev deyib. O bildirib ki, 2014-cü ildə turizm sahəsi Ümumi Daxili Məhsulun 4,11 faizini təşkil ediB: “2013-cü ildə isə turizm Ümumi Daxili Məhsulun 3,16 faizini təşkil edib. Ümumilikdə, enerji, neft və qaz emalı ilə məşğul olan ölkələrdə bu rəqəm 2 faizdən yuxarı çıxmır. Ümumi Daxili Məhsulda turizmin 4,11 faiz təşkil etməsi böyük uğurdur”.
  
Nazirin qeyd edib ki, ölkədə 95 faizdən çox mehmanxana lisenziyalaşdırılıb: “Mən Bakıda keçiriləcək I Avropa Oyunları zamanı ölkəmizə təşrif buyuracaq turistləri bu mehmanxanalardan istifadə etməyə çağırıram. Çünki bu mehmanxanalar bizim nəzarətimiz altındadır. Onu da qeyd edim ki, biz Azərbaycan səhər yeməyinin şəhadətnaməsini almışıq və bu bizə imkan verir ki, Avropa Oyunları zamanı biz öz səhər yeməyimizi turistlərə təqdim edək”. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 80
avatar

Oxşar yazılar

92 yaşlı kişi faciəli şəkildə öldü

92 yaşlı kişi faciəli şəkildə öldü

21 iyul 2024 , 17:39
Cəlilabadda ev belə kül oldu-FOTO

Cəlilabadda ev belə kül oldu-FOTO

21 iyul 2024 , 17:19
Mənzildə kişi meyiti tapıldı

Mənzildə kişi meyiti tapıldı

21 iyul 2024 , 17:11
Ermənilər Kəlbəcəri atəşə tutdu

Ermənilər Kəlbəcəri atəşə tutdu

21 iyul 2024 , 09:27
Şəkidə AĞIR QƏZA:  5 nəfər xəasət aldı

Şəkidə AĞIR QƏZA: 5 nəfər xəasət aldı

21 iyul 2024 , 08:34
Şirvanda itkin düşən  14 yaşlı qız tapıldı

Şirvanda itkin düşən 14 yaşlı qız tapıldı

21 iyul 2024 , 07:28
Bakıda FACİƏ:  dənizdə çimən iki dost boğulub öldü-YENİLƏNİB

Bakıda FACİƏ: dənizdə çimən iki dost boğulub öldü-YENİLƏNİB

21 iyul 2024 , 00:31
Bakıda evdən meyit tapıldı

Bakıda evdən meyit tapıldı

20 iyul 2024 , 19:39