Anasını boğaraq öldürən gənc <span style="color:red;">MƏHKƏMƏ QARŞISINDA
22 aprel 2015 19:17 (UTC +04:00)

Anasını boğaraq öldürən gənc MƏHKƏMƏ QARŞISINDA

 

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində anasını boğaraq öldürməkdə təqsirləndirilən 1992-ci il təvəllüdlü Hümbət Nağızadənin cinayət işi üzrə məhkəmə prosesinə start verilib.

 

 

Lent.az-ın məlumatına görə, hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Məhkəmə baxışı mayın 1-ə təyin olunub.

 

 

Qeyd edək ki, hadisə keçən il Xırdalan şəhəri 27-ci məhəllədə qeydə alınıb. Həmin ünvanda yaşayan, 1992-ci il təvəllüdlü Hümbət Elşən oğlu Nağızadə qısqanclıq zəminində anası, 1971-ci il təvəllüdlü Fatimə Oruc qızı Qurbanovanı boğaraq öldürüb.

 

 

Hadisəni törədən H. Nağızadə saxlanılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 115
avatar

Səlcuq Elçin

Oxşar yazılar