Ağdaşda ölümlə nəticələnən yol qəzası baş verib.
APA-nın DİN-in saytına istinadən verdiyi məlumata görə, yanvarın 29-da saat 19 radələrində Ağdaş rayonunun Nemətabad kəndində Mingəçevir şəhər sakini İlham Mustafayevin idarə etdiyi “Dodge”, Nicat Şıxəlizadənin və Əyyub Hüseynovun idarə etdikləri “VAZ” markalı avtomobillər toqquşub.
Nəticədə Ə.Hüseynov və sərnişinləri - Məmmədirşad Hacıyev, Limon Hacıyeva, Elmira Hacıyeva, habelə İ.Mustafayevin sərnişinlərindən anası Fərqanə Mustafayeva hadisə yerində ölüb, özü və 4 sərnişini, eləcə də N.Şıxəlizadə və 1 sərnişini xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.