Rusiyada qızının və sevgilisinin başını kəsən azərbaycanlı tutuldu - <span style="color:red;">YENİLƏNİB
04 noyabr 2016 00:51 (UTC +04:00)

Rusiyada qızının və sevgilisinin başını kəsən azərbaycanlı tutuldu - YENİLƏNİB

Rusiya polisi qadının və onun 4 yaşlı qızının qətlində şübhəli bilinən Azərbaycan vətəndaşı Qardaşov Rauf Cəmaləddin oğlunu Orenburq vilayətinin Orsk şəhərində saxlayıb.

 

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya İstintaq Komitəsinin məlumatında bildirilir.

 

Məlumata görə,  Rauf Qardaşov yaşayış binasının qarşısında saxlanılarkən polis əməkdaşlarına müqavimət göstərib. Polislər bıçaqla hücum etməyə cəhd edən R.Qardaşova xidməti silahdan atəş açaraq yaralayıblar. Ona artıq tibbi yardımın göstərildiyi bildirilir.

 

Qeyd edək ki, noyabrın 2-də  Rusiyanın Orsk şəhərində Azərbaycan vətəndaşı birlikdə yaşadığı qadının və onun uşağının boğazını kəsərək qətlə yetirib.

 

1981-ci il təvəllüdlü ana və 4 yaşlı qızın meyitini ilk olaraq, qadının anası aşkarlayıb və polisə bildirib. Hadisəni törətməkdə şübhəli bilinən Qardaşov Rauf Cəmaləddin oğlu axtarışa verilmişdi.

 

Qeyd edək ki, Lent.az bundan əvvəl barəsində axtarış elan olunan Rauf Qardaşovla bağlı yeni məlumatlar  açıqlamışdı.   

 

 

***** 14.33

 

Rusiyanın Orsk şəhərində birlikdə yaşadığı qadını və 4 yaşlı qızını öldürən Rauf Qardaşovla bağlı yeni məlumatlar açıqlanıb.  

 

Yerli Azərbaycan diasporunun sədri Çingiz Bayraməliyev Lent.az-ın əməkdaşıyla söhbətində bildirib ki, Qardaşov uzun müddətdir həmin şəhərdə yaşayırmış: “O, tikintiylə məşğul olurdu. İşi də normal idi. Sakit, sözəbaxan bir gənc idi. Yəni onun bu hərəkəti törədəcəyi ağlımıza gəlməzdi”.

 

Diaspora sədrinin dediyinə görə, qətldən bir qədər əvvəl Rauf “Evroset” mağazalar şəbəkəsindən ucuz bir telefon alıb, içib yaşadığı mənzilə gəlib. Və buradaca qətli törədib.

 

Ç.Bayraməliyevin sözlərinə görə, Rauf qətlə yetirilən qadınla 6 il idi, birlikdə yaşayırmış:

“Həmin qadından bir qızı da olmuşdu. O qadının anasına belə, Rauf baxırdı. Kirayə mənzil tutmuşdu, orada yaşayırdı. Ailəsinə korluq vermirdi. Amma bir müddət əvvəl həmin qadına çoxuşaqlı ana kimi dövlət ev verdi. Hər şey də bu evdən sonra başladı. Həmin qadın Raufu evdən qovub, dedi ki, daha onu görmək istəmir, bir yerdə yaşamayacaqlar”.

 

Diaspora rəsmisi bildirib ki, Rauf bir qədər əvvəl Azərbaycana gedibmiş. Onlara da deyibmiş ki, bəlkə geri qayıtmadı: “Amma bura gəlməzdən bir-iki gün əvvəl idi. Dağıstandan mənim telefonuma zəng gəldi. Gördüm Raufdu. Mənə dedi ki, miqrasiyada sənədləri ilə bağlı problem var, ona kömək edim. Dedim Rauf, nə tez gəlirsən? Həm də üzü qışa gedir, tikintidə iş yoxdu. Dedi, Çingiz müəllim, qızım üçün darıxmışam, ürəyim partlayır, qala bilmirəm. Nə isə gəldi, mən ona pul da verdim ki, sənədlərini düzəltsin. Amma belə hadisə baş verdi”.

 

Diaspora sədri onu da deyib ki, bir qədər əvvəl şəhər polisinə dəvət edilib.

“Elə oradan çıxıram indi. Rəis müaviniylə söhbət etdim, hadisəni pislədiyimizi bildirdim”. 

 

**

12:10

Rusiyada sevgilisinin və onun 4 yaşlı qızının başını kəsərək qətlə yetirən azərbaycanlı ilə bağlı şok məlumat ortaya çıxıb. Lent.az-ın Rusiya KİV-ə istinadən xəbərinə görə, qətlə yetirilən azyaşlı elə azərbaycanlı Rauf Qardaşovun öz qızıymış. Qızcığaz R.Qardaşovla sevgilisinin birgə münasibətindən doğulubmuş.

 

**

11:35

Rusiyanın Orsk şəhərində baş vermiş dəhşətli qətlin təfərrüatı məlum olub. Lent.az-ın məlumatına görə, 1981-ci il təvəllüdlü ana və 4 yaşlı qızın meyitini ilk olaraq qadının anası görüb. O, ailənin böyük övladını gəzməkdən gətirərkən mənzilin qarşısında qan ləkələri görüb. Evə daxil olanda isə boğazı kəsilmiş qızı və anasının meyitini aşkar edib.

 

Məlumata görə, qatil 1984-cü il təvəllüdlü Rauf Qardaşovdur. Bir neçə gün əvvəl yerli məhkəmə onunu deportasiya edilməsi barədə qərara çıxarıbmış. Qərar bu günlərdə həyata keçiriləcəkmiş.

 

Hazırda Qardaşovun tutulması istiqamətində əməliyyat başlayıb. Şəhərin bütün giriş və çıxışları nəzarətə götürülüb. Qardaşovun çevrəsinə aid olan şəxslər dindirilir. İstintaq qətli törətdikdən sonra, qatilin intihar etmə ehtimalı versiyasını da araşdırır. Hadisənin baş vermə səbəbləri ilə bağlı rəsmi məlumat yayılacaq.

 

**

10:24

Rusiyanın Orsk şəhərində dəhşətli qətl hadisəsi baş verib. Lent.az-ın yerli KİV-ə  istinadən məlumatına görə, şəhərin Dombarovski küçəsində 35 yaşlı qadının və onun 4 yaşlı qızının boğazları kəsilmiş meyiti tapılıb.

 

İlkin araşdırma zamanı məlum olub ki, qətli törədən 32 yaşlı Azərbaycan vətəndaşı Qardaşov Rauf Camaləddin oğludur. Qətlə yetirilən qadın isə onun sevgilisi imiş.

 

Hazırda onun saxlanılması üçün əməliyyat-axtarış tədbirləri aparılır.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 278
avatar

Səbuhi Məmmədli

Oxşar yazılar