
Pompeo: "ABŞ Böyük Britaniya ilə yeni ticarət razılaşmasına hazırdır"
ABŞ Dövlət Katibi Mayk Pompeo Vaşinqtonda İngiltərənin yeni Xarici İşlər Naziri Dominik Raabla görüşməzdən əvvəl jurnalistlərin suallarını cavablandırıblar.
APA CNN-ə istinadla xəbər veirir ki, Pompeo Breksit prosesi bitdikdən dərhal sonra İngiltərə ilə yeni sərbəst ticarət müqaviləsi imzalamaq istədiklərini söyləyib.
D.Raabın ABŞ-a ilk rəsmi səfərindən məmnun olduqlarını ifadə edən Pompeo Breksit prosesi ilə İngiltərəyə dəstəyi artıracaqlarını deyib: "Biz İngiltərənin müstəqil qərarını dəstəkləyirik, amma Breksitin reallaşması ilə ən qısa müddətdə yeni sərbəst ticarət müqaviləsi imzalamağa hazırıq".
Pompeo həmçinin İngiltərənin Hörmüz Boğazında ABŞ-ın təşəbbüsü ilə yaradılan dəniz təhlükəsizliyi təşəbbüsündə iştirak edəcəyindən çox məmnun olduğunu vurğulayıb.
İngilis nazir, ölkəsinin Baş naziri Boris Conson və onun rəhbərlik etdiyi kabinetin oktyabr ayının sonunda Avropa Birliyini (AB) tərk etmək qərarına gəldiyini söyləyib.
Raab əlavə edib ki, İngiltərə də Breksitdən dərhal sonra ABŞ-la sərbəst ticarət müqaviləsi imzalamaq istəyindədirlər.
Oxşar yazılar

İsmayıllıda zəlzələ oldu
12 iyul 2025 , 08:42
İctimai fəal Anar Abdullayev həbs edildi
12 iyul 2025 , 01:42
Şirvanda 23 yaşlı gənci bıçaqladılar
11 iyul 2025 , 21:25
Ermənilərin əsir və girov saxladığı şəxslər ifadə verdi - MƏHKƏMƏ
11 iyul 2025 , 21:18
Cadugərlikdə ittiham edib qonşusunu vəhşicəsinə öldürdü
11 iyul 2025 , 19:59
Bakıda kişi kirayə yaşadığı evdə ÖLÜ TAPILDI
11 iyul 2025 , 19:33
Goranboyda iynədən şoka düşən qadın öldü - YENİLƏNİB
11 iyul 2025 , 17:48