<span style="color:red;">14 yaşlı lal oğlunu öldürən ata: <b> “Bu qadın manyakdır” </b>–<span style="color:red;"> MƏHKƏMƏ ZALINDAN
02 mart 2015 16:01 (UTC +04:00)

14 yaşlı lal oğlunu öldürən ata: “Bu qadın manyakdır” MƏHKƏMƏ ZALINDAN

Bu gün  Bakı Ağır Cinayətlər Məhkəməsində 14 yaşlı lal-kar oğlunu öldürməkdə təqsirli bilinən Bakı şəhər sakini, 1974-cü il təvəllüdlü Eldəniz Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb. Lent.az-ın məlumatına görə, hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə, dövlət ittihamçısı ittiham aktını elan edib. Eldəniz Məmmədov ona qarşı verilən ittihamları qəbul etməyərək, özünü təqsirli bilməyib.

Bundan sonra məhkəmə prosesində hal şahidləri ifadə verməyə başlayıb. 7 yaşlı Ayşə Məmmədova ( ad şərtidir) ifadəsində, həmin gün atası E. Məmmədovun qardaşı İbrahimi öldürdüyünü gördüyünü bildirib. “Həmin gün səhər atam yuxudan durub qonşumuz Vaqif əmigilə getdi. Sonra onlar maşına minib harasa getdilər. Gələndə atam ət, araq, siqaret almışdı. Vaqif əmigilə gedib, 1 saatdan sonra geri qayıtdı. Sərxoş idi. Bacım Narıngül (ad şərtidir) ilə uzanıb yatdılar. Sonra yuxudan durdu. Qardaşım lal-kar idi. Onun üzərinə bıçaqla getdi və vurdu.  Anama dadedi ki, uşağı yuxarı qaldırın, yerdən də qanı yuyun”.

Məhkəmə ifadə vermək üçün E. Məmmədovun böyük qızı 9 yaşlı Narıngül Məmmədovaya (ad şərtidir) verib. O da, ifadəsində qardaşının qatilinin atası olduğunu bildirib. “Qardaşımı atam öldürüb. Bizi ac saxlayırdı. Bütün günü öz kefində idi, yeyib-içirdi. Həmin gün mənimlə yatdı. Mən duranda çarpayının səsinə oyandı, birinci məni döydü, sonra bacımı. Anama dedi ki, pul ver, araq alım. Anam pulu olmadığını deyəndə, onu da döydü. Sonra stolun üstündə bıçağı götürdü. Biz bacımla bayıra çıxdıq. Atam qardaşı yerə yıxdı,  bıçaqla ona bir neçə zərbə vurdu. Qonşular gəldi, qardaşım İbrahimi xəstəxanaya apardılar, atamı da polislər tutdu”.

 

Bundan sonra ifadə vermək üçün söz uşaqların anası, E. Məmmədovanın həyat yoldaşı Simuzər Məmmədovaya verilib. O, ifadəsində həyat yoldaşının 17 ildir ki, onları dustaq kimi saxladığını, demək olar ki, hər gün pul üçün döydüyünü bildirib. “17 ildir evliliyik. Heç vaxt işləməyib. Mən uşaqlarımı çətinliklə böyütmüşəm. O, hər gün içib, bizi döyüb. Hadisə olan gün, səhər getdi Vaqiflə bazara. 3 kiloya yaxın ət, siqaret, araq alıb evə gəldi. Əlindəkiləri verib Vaqifgilə getdi. Oradan qanı qara gəlmişdi. Həddindən də artıq içmişdi. O qədər içmişdi ki,  ayaq üstə yuxulayırdı. Böyük qızım Narıngülü (ad şərtidir) yanına aparıb uzanıb yatdı. Heç yarım saat keçməmişdi ki, qızım onun yanından durdu. Səsdən küydən Eldəniz də durdu. Məni də söyməyə başladı. Araq almaq üçün pul istədi. Mən evdə pul olmadığını bildirdim. Dəliyə döndü, qızları döydü, əllindən almaq istəyəndə məni də vurdu. Qızları birtəhər əlindən alıb, qapıdan çıxartdım evin həyətinə. Oğlum İbrahim də, çöldə oynayırdı. Getdi onun üstünə, stulun üstündən bıçağı da götürdü. Yalvardım ki, etmə. Mənə dedi ki, sənə əzab verəcəm. Bütün uşaqlarını ölümünü görəcəksən. Hamısını gəbərdəcəm. Axırda da səni. O, bizdən bezdiyini, bizsiz həyat arzuladığını dəfələrlə bildirirdi. Mən ona nə qədər də yalvardımsa, amma o, İbrahimi yerə yıxdı. Bıçaqla ona zərbələr vurdu. Yeri qan götürdü. O, özü də şoka düşdü. Bıçağı yerə atıb, başına-başına döyməyə başladı. Sonra məni yenə söydü ki, bunu ikinci mərtəbəyə apar, yerin qanını yu. Məni təhdid etdi ki, qızların yaşamasını istəyirəmsə, onun dediyini eləyim. O, mənə  İbrahim ikinci mərtəbədən yerə yıxıldığını, yerdə şiş olduğunu və yıxılan zaman qanına şiş batdığını deməyimi istədi. Mən də özümdə deyildim, qızlarımın xətrinə İbrahimi ikinci mərtəbəyə apardım, yerin qanını yudum. Mən özüm də deyildim. Qonşular uşağı xəstəxanaya apardılar. Polis də gəlib Eldənizi tutdu”.

 

 

Məhkəmə ifadə vermək üçün təqsirləndirilən Eldəniz Məmmədova söz verib. O, ifadəsində oğlunu öldürmədiyi, oğlunun qatilin həyat yoldaşı Simuzər Məmmədova olduğunu bildirib. “Möhtərəm hakimlər, mən cani deyiləm ki, 14 il böyütdüyüm uşağı öldürüm. Simuzər psixi xəstədir. Həmin gün düzgün deyirlər, spirtli içki qəbul etmişdim. Amma az içmişdim. Ekspertiza da bunu təsdiq edir. Mən yuxudan durub, həyəti suvarırdım. Birdən Simuzər qışqırdı ki, İbrahim ikinci mərtəbədən yerə yıxıldı. Qaçdım gəldim ki, yer qan içindədir. Tez qonşunu çağırdım ki, uşağı xəstəxanaya aparsınlar. Şokdaydım, əlim-ayağım qurumuşdu. Sonradan bildim ki, uşaq bıçaqlanıb. Polislər məni apardılar bölməyə. Məni işgəncə verdilər, döydülər. İbtidai istintaq verdiyim bütün ifadələrdən imtina edirəm. Məni döyə-döyə boynuma qoyublar. Mən uşağı öldürəcək qədər cani deyiləm. Hər zaman uşaqlarıma qarşı normal olmuşam. Bu qadın edib hər şeyi, indi də durub üzümə. İfadəsində deyir ki, qanı yumuşam qaldırmışam, nə bilim nə. Əgər mən eləmişəmsə, bu qadın da cinayətkardır. Oğurluğa gedəndə bir nəfər qapının ağzında gözətçilik edir, ona da iş kəsilir. Bu qadın məsuliyyətə cəlb olunmalıdır və sübut olunacaq ki, məhz bu qadın İbrahimi öldürüb. Mən indi qızlarımdan nigaranam. Möhtərəm hakimlər, ona görə qollarımı doğramışam. (Qollarını açıb göstərir). Bu qadın manyakdır. Məhkəmə istintaqı işə düzgün baxmalıdır. Necə mən öldürmüşəm ki, özü də ayaqlarımı sinəsinə qoymuşam ki, mənim üzərində bir dənə də olsa qan ləkəsi yoxdur. Amma bu qadında qan ləkəsi aşkarlanıb. Sizdən xahiş edirəm, işə ciddi yanaşın. Canini özünüz tanıyacaqsız. Mən lal-kar oğlumu öldürəcək qədər insafsız deyiləm”.

Məhkəmə prosesi martın 3-də davam etdiriləcək.

 

Qeyd edək ki, hadisə ötən ilin iyulun 21-də Qobu qəsəbəsində baş verib. Qəsəbə sakini Eldəniz Məmmədov yaşadığı evdə ailə münaqişəsi zəminində 14 yaşlı lal-kar oğlu İbrahim Məmmədovu bıçaqla qətlə yetirib.

Onu da qeyd edək ki, Eldəniz Məmmədov bundan qabaq da məhkumluq həyatı yaşayıb. 2003-cü ildə prezidentin əfv sərəncamı ilə azadlığa buraxılıb. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 77
avatar

Səlcuq Elçin

Oxşar yazılar