<b>Yetkinlik yaşına çatmayan qız əlinə bıçaq alıb qan tökdü - <span style="color:red;">MƏHKƏMƏ </b>
03 iyul 2018 12:09 (UTC +04:00)

Yetkinlik yaşına çatmayan qız əlinə bıçaq alıb qan tökdü - MƏHKƏMƏ

Fəvvarələr Meydanın yaxınlığında tanışını 5 manata görə bıçaqlamaqda təqsirləndirilən Aytən Abbasovanın barəsindəki cinayət işi ilə əlaqədar məhkəmə prosesi başlayıb.

 

Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktını elan edib.

 

İttihama görə, 2015-ci ildə Fəvvarələr Meydanın yaxınlığında Aytən Abbasova əvvəlcədən tanıdığı 2- ci qrup əlil Məryəm Məmmədovadan narkotik vasitə almaq üçün 5 manat tələb edib.

Lakin Məryəm Məmmədova həmin pulu ona verməkdə imtina edib. Bu zaman Aytən Abbasova Məryəm Məmmədovanı yerə yıxaraq ona bir neçə bıçaq zərbəsi vurub. Yaralı xəstəxanaya çatdırılıb. Aytən Abbasova polis tərəfindən saxlanılıb. Onun barəsində polis nəzarətində qətimkan tədbiri seçilib.

 

Yetkinlik yaşına çatmayan Aytən Abbasova 3 il istintaqdan yayına bilinib.

 

İttihamlara münasibət bildirən Aytən Abbasova özünü təqsirli bilib.

 

O ifadəsində qeyd edib ki, Məryəm Məmmədova ona söydüyün üçün bıçaqla vurub: "Ondan pul tələb etməmişəm. Narkotik istifadəçisi deyiləm. Lakin söhbət edən zaman məni və valideynlərimi söydü. Özümdən çıxdım. Bıçaqla vurdum. Polisdən qorxduğum üçün qaçmışam".

 

Zərərçəkən Məryəm Məmmədova ifadəsində qeyd edib ki, Aytən Abbasova dərman almaq üçün ondan pul tələb edib: "Yaxınlaşdı, 5 manat istədi, dedi narkotik olan dərman almalıyam. Dedim vermirəm, özüm xəstə adamam, sənə niyə pul verim. Başladı ki, sən dəlisən, xəstəsən pulun var. 70 manat "pensiya" alıram. Anamı söydü. Dedim özünü yığışdır. Dayanmadı. Mən də qayıdıb onu söydüm. Mənim saçımdan tutub yerə yıxdı, başıma ayaqla zərbələr vurdu. Sonra bıçaqladı. Polisə şikayət elədim. Bir neçə dəfə gəlib məni hədələyib ki, səni öldürəcəm".

 

Prosesdə daha sonra zərərçəkmişin atası Yusif Məmmədov ifadə verib. O qeyd edib ki, hadisə vaxtı Azərbaycanda olmayıb: "7 il Gədəbəydə döyüşmüşəm. Qulağım kar olub. Bədənimdə qəlpə yaraları var. Qızımın m başına belə hadisə gələndə Moskvadaydım. Xəbər mənə çatan kimi Bakıya qayıtdım. Xəstəxanaya getdim. 1000 manat xərc çəkdim. Lakin bunlar heç bir kömək eləmədilər. İndi gətirib 1000 manatımı versinlər şikayətçi olmayaq".

 

 

Təqsirləndirilən Aytən Abbasovanın anası Arzu Süleymanova bildirib ki, imkanları yoxdur: "Evdə 2 xəstəm var. Aytən də qollarını doğrayır. Psixoloji problemləri var. Özü də hamilədir".

 

Təqsirləndirilənin anası qızının hamilə olduğu ilə bağlı sənədi məhkəməyə təqdim edib.

 

 

Orda bildirib ki, Aytən Abbasova 6 həftəlik hamilədir.

 

 

Hakim bildirib ki, Aytən Abbasova rəsmi olaraq nikahda deyil.

 

Arzu Süleymanova bildirib ki, qızının dini kəbini var: "Kəbin kağızı da var. Təqdim edə bilərik. Uşaq idi, indi böyüyüb".

 

Hakim onu da qeyd edib ki, Aytən Abbasova barəsində Nizami Rayon Məhkəməsində xuliqanlıqla bağlı barəsində məhkəmə hökmü var: "Orda 6 ay icbari iş verilib. Lakin ödənilib-ödənilməsi ilə bağlı məlumat yoxdur. Ona görə Nizami rayon Məhkəməsinə sorğu veriləcək".

 

 

Proses iyulun 11-də davam edəcək.

 

 

Qeyd edək ki, təqsirləndirilən Aytən Abbasovaya Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərbə vurma) maddəsi ilə ittiham verilib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 349
avatar

Səlcuq Elçin

Oxşar yazılar