<b>Partladıcı başlıqlar, mərmilər aşkarlandı - <span style="color:red;">Giləzidə </b>
27 mart 2019 17:45 (UTC +04:00)

Partladıcı başlıqlar, mərmilər aşkarlandı - Giləzidə

Bu gün saat 10:33-də Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Xızı rayonu, Giləzi qəsəbəsi ərazisində mərminin tapılması barədə məlumat daxil olub.
 
ANAMA-dan ONA-ya bildirilib ki, məlumata əsasən, Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Daxili İşlər Nazirliyinin Xızı rayon Polis Şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.
 
Agentliyin mütəxəssisləri və Xızı rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunmuş ərazidə məişət tullantıları sahəsinə baxış keçirilib. Yerli əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə ərazi polis tərəfindən mühasirəyə alınıb. Əməliyyat-axtarış tədbirləri nəticəsində 51 ədəd 12.7 mm-lik patron, 4 ədəd tərkibində heç bir partlayıcı maddə olmayan 57 mm-lik top mərmisi (OR-281) və 253 ədəd yanmış halda partladıcı başlıqlar aşkarlanıb, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.
 
Partlamamış hərbi sursatların (PHS) ətrafında 1,500 kv.m əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.
 
Ümumilikdə Agentlik tərəfindən 01 yanvar – 27 mart 2019-cu il tarixlərində 67 siqnal (əməliyyat çağırışı) əsasında 59 operativ və təxirəsalınmaz əməliyyat çıxışı olub ki, nəticədə Abşeron, Ağdam, Ağstafa, Astara, Daşkəsən, Füzuli, Gədəbəy, Goranboy, Göygöl, Xızı, Qazax, Salyan, Şamaxı, Şəmkir, Tərtər, Tovuz, Yevlax rayonları, Bakı, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki, Lənkəran şəhərləri ərazisində 5 ev və həyətyanı sahəyə, əkin və otlaq sahəsinə, yol kənarına, dəmiryolunun yaxınlığına, daş karxanasına, dəniz sahilinə, məişət tullantıları ərazisinə, su kanalına, məktəbin həyətinə baxış keçirilib, 1,199 ədəd partlamamış hərbi sursat (PHS), 8 ədəd piyada əleyhinə mina və 4 ədəd tank əleyhinə mina zərərsizləşdirilib, 102,795 kv.m ərazi yerüstü və 7,322 kv.m ərazi yeraltı yoxlanılıb.
# 698
avatar

Oxşar yazılar