<b>Vətəndaşa 145 min atan "makler"ə - <span style="color:red;">10 İL HƏBS </b>
13 iyun 2016 16:58 (UTC +04:00)

Vətəndaşa 145 min atan "makler"ə - 10 İL HƏBS

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Samir Rzayevin cinayət işi üzrə məhkəmə prosesi baş çatıb.

Lent.az-ın məlumatına görə, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hakimlər kollegiyasının hökmü ilə S. Rzayev 10 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Hacıqabul rayon sakininin saxta sənədlər əsasında ona mənzil satılması barədə “161-Qaynar xətt” əlaqə mərkəzinə daxil olmuş müraciəti Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.

Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə əmlak alqı-satqısı ilə məşğul olan Samir Rzayevin qanunsuz əməlləri barədə Bakı şəhər sakininin müraciəti Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.

Araşdırma zamanı əmlak alqı-satqısında vasitəçiliklə məşğul olan Samir Rzayevin saxta sənədlər əsasında "Günəş Holdinq" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Bakı şəhəri, Z.Əhmədbəyov küçəsində inşa edilmiş yaşayış binasında ümumi sahəsi 212 kvadratmetr olan 4 otaqlı mənzilin Bakı şəhər sakininə satılması adı ilə onu aldadaraq 145 min manat pulu və dəyəri 120 min manat olan Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən şəxsi evininin satılmasına hüquq verən notarial qaydada təsdiq olunmuş etibarnaməni almaqla özgə əmlakını ələ keçirməsinə şübhələr üçün əsaslar olduğundan fakta görə Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq) və 320.1-ci (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə) maddələri ilə cinayət işi başlanıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 151
avatar

Səlcuq Elçin

Oxşar yazılar