[b]Sevinc Babayevanın oğlunun məhkəməsi başladı[/b] - ÖLDÜRMƏYƏ CƏHD İTTİHAMI
14 oktyabr 2016 15:42 (UTC +04:00)

[b]Sevinc Babayevanın oğlunun məhkəməsi başladı[/b] - ÖLDÜRMƏYƏ CƏHD İTTİHAMI

 

Arvadını öldürməyə cəhddə təqsirləndirilən Ayxan Məmmədovun məhkəməsi başlayıb.

 

Lent.az-ın məlumatına görə,  Bakı Ağır Cinayətlər Məhkəsində hakim Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən keçmiş məhkum, 1989-cu il təvəllüdlü Ayxan Məmmədovun anket məlumatları dəqiqləşdirilib.

 

Prokuror işlə tanış olmadığı üçün məhkəmədən vaxt istəyib. Proses oktaybrın 17-ə təyin edilib.

 

Qeyd edək ki, hadisə fevralında Binəqədi qəsəbəsi 1-ci mədən, korpus 30-da yaşayan, əvvəllər məhkum olunmuş Ayxan Məmmədov evinin həyətində arvadı Günay Məmmədovanın baş, sinə və kürək nahiyələrindən bir neçə bıçaq zərbəsi vurub. Günay Məmmədova Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Onun həyatını xilas etmək mümkün olub. Daha sonra Ayxan Məmmədovun polis əməkdaşları tərəfindən saxlanılıb.

Məlumata görə, hadisə qısqanclıq zəminində baş verib.

O, Cinayət Məcəlləsinin 29, 120-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham olunur.

Xatırladaq ki, Ayxan Məmmədov Azərbaycan Beynəlxalq Universitetinin (ABU) sabiq rektoru Elşad Abdullayevin yaydığı videolarda görüntüləri Sevinc Babayevanın oğludur.

Həmin zaman Sevinc Babayeva "İnterpol" xəttiylə axtarışa verilib. O, axtarışda olduğu vaxt Türkiyənin İstanbul şəhərində fəaliyyət göstərən hospitallardan birində ürək xəstəliyindən vəfat edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 59
avatar

Səlcuq Elçin

Oxşar yazılar