<b>Şəmkirdə ağır qəza </b>- <span style="color:red;">1 ölü, 4 yaralı  - YENİLƏNİB
31 iyul 2018 09:46 (UTC +04:00)

Şəmkirdə ağır qəza - 1 ölü, 4 yaralı - YENİLƏNİB

 

Gəncə-Şəmkir yolunda baş verən yol-nəqliyyat hadisəsində ölən şəxsin kimliyi məlum olub.

 

DİN Mətbuat Xidmətinin Qərb regional qrupundan APA-ya verilən məlumata görə, Göygöl rayon Quşqara kəndində Şəmkir rayon Çinarlı kənd sakini, 1984-cü il təvəllüdlü Nəbiyev Elşən Zakir oğlunun idarə etdiyi “VAZ 21011” markalı avtomobillə Gədəbəy rayonu Rüstəm Əliyev kənd sakini, 1994-cü il təvəllüdlü Allahverdiyeva Günel Osman qızının idarə etdiyi “Mercedes 190” markalı avtomobil toqquşub. Nəticədə “VAZ 21011”-in sürücüsünün ayağı qırılıb, onun həyat yoldaşı, Şəmkir rayonu Çinarlı kənd sakini, 1987-ci il təvəllüdlü Nəbiyeva Ülviyyə Yaşar qızı isə aldığı müxtəlif bədən xəsarətləri nəticəsində hadisə yerində ölüb. 

 

Faktla bağlı araşdırma aparılır.

 

***

30 iyul 

 

21:51

 

Gəncə-Şəmkir avtomobil yolunda ağır yol qəzası baş verib.

 

APA-nın qərb bürosunun verdiyi məlumata görə, Şəmkir rayonu ərazisində hərəkətdə olan “VAZ 21011”-lə başqa bir avtomobilin toqquşması nəticəsində 1 qadın ölüb, 2 kişi, 1 qadın və 1 yeniyetmə isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya çatdırılıblar.

 

Hadisənin təfərrüatları müəyyənləşdirilir. Faktla bağlı araşdırma aparılır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 313
avatar

Oxşar yazılar