![[b]Saxta pulla telefon almaq istədi... - FOTO[/b]](https://lent.az/storage/news/2019/march/19/big/565b91871ed2e4aa074f7aa443562a0f.jpg)
[b]Saxta pulla telefon almaq istədi... - FOTO[/b]
İsmayıllı sakinindən internet vasitəsilə telefonlar alan şəxs ona saxta pullar verib.
ONA-nın yerli bürosunun xəbərinə görə, İsmayıllı rayon sakini Teymur Tahir oğlu İsmayılov alış-veriş saytı olan lalafo.az-da "Samsung Galaxy-S-4" və "Samsung Galaxy Tab-3" markalı telefonları satmaq istədiyi barədə elan verib.
Bakıdan tanımadığı bir şəxs Teymur İsmayılova zəng edərək, telefonları almaq istədiyini bildirib. Tərəflər iki telefon üçün 100 dollar ödənilməsi ilə bağlı razılaşıblar. Teymur İsmayılov telefonları taksi ilə rayondan Bakıya göndərib, alıcı həmin taksinin sürücüsünə iki ədəd saxta 50 dollar pul verib.
Teymur İsmayılov ona çatdırılan pulların saxta olması barədə Daxili İşlər Nazirliyinin 102 Zəng Mərkəzinə məlumat verib. O, dərhal İsmayıllı rayon Polis Şöbəsinə dəvət edilərək məsələ ilə bağlı izahatı alınıb. Hazırda saxta pulla telefon alan şəxsin tapılması istiqamətində axtarış tədbirləri davam etdirilir.
Faktla bağlı araşdırma aparılır.
Oxşar yazılar

İctimai fəal Anar Abdullayev həbs edildi
12 iyul 2025 , 01:42
Şirvanda 23 yaşlı gənci bıçaqladılar
11 iyul 2025 , 21:25
Ermənilərin əsir və girov saxladığı şəxslər ifadə verdi - MƏHKƏMƏ
11 iyul 2025 , 21:18
Cadugərlikdə ittiham edib qonşusunu vəhşicəsinə öldürdü
11 iyul 2025 , 19:59
Bakıda kişi kirayə yaşadığı evdə ÖLÜ TAPILDI
11 iyul 2025 , 19:33
Goranboyda iynədən şoka düşən qadın öldü - YENİLƏNİB
11 iyul 2025 , 17:48
Qabil Məmmədovun məhkəməsi başladı
11 iyul 2025 , 17:45