[b]Şadlıq evində qanlı CİNAYƏT[/b]
14 avqust 2016 11:04 (UTC +04:00)

[b]Şadlıq evində qanlı CİNAYƏT[/b]

Salyanda bıçaqlanma hadisəsi baş verib. Lent.az Report-a istinadən xəbər verir ki, hadisə ötən gün axşam saatlarında rayonun Stansiya yaşayış massivində qeydə alınıb.

Belə ki, rayonun Babazənan yaşayış massivinin sakini, 32 yaşlı Rəşad Ramiz oğlu Novruzov Stansiyadakı şadlıq sarayında toyda olarkən tanımadığı şəxs tərəfindən 4 bıçaq yarası alıb. O, Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Cərrahiyyə şöbəsində əməliyyat olunub. Xəstəxanadan verilən məlumata görə, yaralının vəziyyəti orta ağır olaraq qalır.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 181
avatar

Oxşar yazılar