<b>Sabirabadda toyda dava düşdü</b> - <span style="color:red;"><b>3 yaralı</b>
19 iyul 2018 03:26 (UTC +04:00)

Sabirabadda toyda dava düşdü - 3 yaralı

Sabirabadda toyda baş verən kütləvi davada 3 nəfərə yaba ilə xəsarətlər yetirilib.

 

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, saat 00.30 radələrində Sabirabadın Moranlı kəndində toyda kütləvi dava baş verib.

 

Dava zamanı kənd sakinləri, 1992-ci il təvəllüdlü Abbasov İlkin  Taleh oğlu, 1995-ci il təvəllüdlü Abbaslı Ədalət İbrahim oğlu və 1994-cü il təvəllüdlü İmanov Feyruz Asim oğluna bədənlərinin müxtəlif yerlərindən yaba ilə kəsilmiş-deşilmiş xəsarətlər alıblar. Hər 3 yaralı Şirvan şəhər xəstəxanasının cərrahiyə şöbəsinə yerləşdirilib. Vəziyyətləri orta ağırdı.

 

Kütləvi davada iştirak edən şəxslərin müəyyənləşdirilməsi istiqamətində istintaq-əməliyyat tədbirləri həyata keçirilir.

 

Faktla bağlı Sabirabad Polis Şöbəsi tərəfindən cinayət işi açılıb, araşdırma aparılır.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 264
avatar

Oxşar yazılar