Biləsuvarda qanlı hadisə baş verib.
Lent.az-ın məlumatına görə, hadisə rayonun mərkəzi küçəsində qeydə alınıb.
Cəlilabad sakini 1989-cu il təvəllüdlü Seymur Kərimov həmyaşıdı Biləsuvar sakini Əbil Məmmədovun yaşadığı evin yanına gələrək şəxsi münasibətlər zəminində ona 2 bıçaq zərbəsi vurub.
Yaralı dərhal rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Onun həyatını xilas etmək mümkün olub.
Hadisə törədən S.Kərimov saxlanılıb. Ona Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham verilib.