[b]Qızının cehiz pulunu verə bilməyən ana 9 İL HƏBS edildi[/b]
26 aprel 2017 15:14 (UTC +04:00)

[b]Qızının cehiz pulunu verə bilməyən ana 9 İL HƏBS edildi[/b]

Qızına aldığı cehizin pulunu verə bilməyən və dələduzluqda təqsirləndirilən Şöhrət Amanovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

 

Lent.az-ın məlumatına görə, Balkı Ağır Cinayətlər Məhkəməsində hakim Eynulla Vəliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

 

Hakimlər kollegiyasının hökmünə əsasən, Ş. Amanova 9 il müddətinə azadlıqdan məhrum edilib.

 

Qeyd edək ki, Ş. Amanova bir sıra şəxslərdən qızına cehiz, geyim alıb. Sonradan pulu verməyib. Buna görə, onun barəsində Cinayət Məcəlləsinin 178-ci (dələduzluq ) maddəsi ilə cinayət işi başlanılıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 94
avatar

Səlcuq Elçin

Oxşar yazılar