Pulla həbsxanadan adam çıxaran MTN polkovniki: "Aldadılmışam"
06 iyul 2017 12:15 (UTC +04:00)

Pulla həbsxanadan adam çıxaran MTN polkovniki: "Aldadılmışam"

 

Dələduzluqda təqsirləndirilən sabiq MTN polkovniki Vüqar Güləliyev və onunla ittiham olunan Ceyhun İbayev, Vüqar Əsədov, Vüqar Güləliyev, Anar İsmayılov və Nicat Əliyevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

 

Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rahib Salmanovun sədrliyi ilə baş tutan prosesdə prokuror ittiham aktını elan edib.

 

İttihama münasibət bildirən sabiq MTN polkovniki V.Güləli özünü təqsirli bilmədiyini deyib: "Özüm aldadılmışam".

 

Nicat Əliyev özünü qismən təqsirli bildiyini deyib: "Ədalət Əsgərovun epizodu üzrə təqsirliyəm, amma orda da məbləğ şişirdilir, orada cəmi 50 min dollar pul olub".

 

Digər təqsirləndirilənlər də özlərini təqsirli bilmədiklərini deyiblər.

 

İttihama görə, Ceyhun İbayev, Vüqar Əsədov, Vüqar Güləli, Anar İsmayılov və Nicat Əliyev bir qrup vətəndaşın etibarından sui-istifadə edərək dələduzluq ediblər.

Həmçinin, iranlı məhkumların ölkələrinə ekstradisiya edilməsi üçün pul lazım olduğunu, qarşılığında isə 1 milyon dollar qazanacaqlarını, əldə edilən puldan onlara da pay verəcəklərini vəd edərək Aybala Namazovdan 35 min, Ədalət Əsgərovdan 115 min dollar alaraq qaytarmayıblar.

 

Cinayət işində çoxsaylı zərərçəkmiş var.  Həmin şəxslər zərərçəkmiş Səriyə Tahirovanın həyat yoldaşını həbsdən azad edəcəkləri vədi veriblər. Onlar qadının 147 min manat pulunu ələ keçiriblər.

 

Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törəldildikdə) maddəsi ilə ittiham olunan təqsirləndirilən şəxslər digər vətəndaşlara qarşı da dələduzluq ediblər.

Xatırladaq ki, Vüqar Güləliyev ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) təqaüddə olan polkovnikidir. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 129
avatar

Səlcuq Elçin

Oxşar yazılar