[b]Prokuror "JEK" rəisinin keçmiş müavininə iş istədi[/b]
05 mart 2019 13:16 (UTC +04:00)

[b]Prokuror "JEK" rəisinin keçmiş müavininə iş istədi[/b]

Rüşvət almaqda təqsirləndirilən Xətai rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin sabiq rəis müavini Xalid Məmmədovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib. 
 
Lent.az-ın məlumatına görə, hakim Mahmud  Ağalarovun sədrliyi ilə keçirilən prosesdə prokuror çıxışında X.Məmmədovun 9 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. 
 
Məhkəmənin növbəti iclası martın 12-nə təyin edilib. 
 
İttiham aktına əsasən, Xətai rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin keçmiş rəis müavini X.Məmmədov işlədiyi dövrdə qulluq mövqeyindən sui-istifadə edərək bir sıra qanunsuz tikililərə görə dələduzluq edib və rüşvət alıb.
 
Onun barəsində Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma), 34, 312-ci (rüşvət verməyə təhrik etmə), 178-ci (dələduzluq) maddələri ilə ittiham irəli sürülüb.
 
O, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.
 
Məlumata görə, X.Məmmədov Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən Baş Prokurorluğa təqdim olunmuş materiallar əsasında həbs edilib.
 
Qeyd edək ki, X.Məmmədov Xətai Rayon İcra Hakimiyyətinin sabiq başçısı Razim Məmmədovun qohumudur.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 573

Oxşar yazılar