![[b]Özünü baş prokurorun kirvəsi kimi təqdim edən şəxs:[/b] "Təqsirliyəm" - MƏHKƏMƏ](https://lent.az/site/assets/images/breaking-news/lentaz.png)
[b]Özünü baş prokurorun kirvəsi kimi təqdim edən şəxs:[/b] "Təqsirliyəm" - MƏHKƏMƏ
Özünü vəzifəli şəxsin qohumu kimi təqdim edərək dələduzluq edən Elşad Atakişiyevin məhkəmə prosesi davam edib.
Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktını elan edib.
İttihama görə , E.Atakişiyev Bakıda həbsdə olan şəxsin həyat yoldaşı Səadət Məmişovaya qarşı dələduzluq edib. O, 2013-cü ildə özünü hüquq-mühafizə orqanlarında rəhbər şəxslərin qohumu kimi təqdim edib, həbsdə olan şəxsin azad olunmasına köməklik göstərəcəyinə dair vəd verib.
E.Atakişiyev digər zərərçəkmiş Elşad Zeynalovun oğlunu Fövqəladə Hallar Nazirliyinə işə düzəldəcəyinə söz verib.
E.Atakişiyev S.Məmişovanın 20 min və E.Zeynalovun isə 1500 manat pulunu dələduzluq yolu ilə ələ keçirib.
O, elan olunmuş ittiham üzrə özünü təqsirli bildiyini deyib.
E. Atakişiyev sərbəst ifadə verən zaman zərərçəkmiş Səadət Məmişovadan 6 min manat borc pul aldığını söyləyib: "Səadətlə aramızda qardaş-bacı münasibətimiz olub. Tikintidə işləyirdim, ondan 6 min manat borc pul aldım. Səadətin həbsdə olan həyat yoldaşını həbsdən azad etdirməyə kömək edəcəkdim, amma alındıra bilmədik. Səadatə 7 min 200 manat pul qaytarmışam".
Zərərçəkmiş S. Məmişova məhkəmədə dindirilən zaman deyib ki, E.Atakişiyevlə onu Rövşən adlı şəxs tanış edib: "Rövşən Elşadı baş prokuror Zakir Qaralovun yaxın qohumu kimi təqdim elədi. Onun özü də bunu da təsdiqlədi, dedi kirvədilər. Tikintidən işlədiyi demədi. Həbsdə olan ərim Namiqi azadlığa çıxaracaqdı. Pulu isə Rövşənə verdim. Amma onlar ərimi həbsdən çıxartmadılar".
Məhkəmə iyulun 16-da davam edəcək .
Qeyd edək ki, 2014-cü ildə E. Atakişiyev barəsində cinayət işi başlanılıb, lakin həbs qətimkan tədbiri seçilməyib. Daha sonra E.Atakişiyev məhkəmə iclaslarına gəlməyib və onun barəsində axtarış elan olunub. Bu il isə o, Gəncədə həbs edilib və cinayət işi yenidən məhkəməyə göndərilib.
E.Atakişiyev Cinayət Məcəlləsinin 178.2.3-cü (külli miqdarda dələduzluq) maddəsi ilə ittiham edilir.
Oxşar yazılar

Sumqayıtda kürəkən qayınatasını küçədə öldürdü
12 iyul 2025 , 04:40
İctimai fəal Anar Abdullayev həbs edildi
12 iyul 2025 , 01:42
Yevlaxda DƏHŞƏT: Ögey qardaşını öldürdü
12 iyul 2025 , 01:28
Şirvanda 23 yaşlı gənci bıçaqladılar
11 iyul 2025 , 21:25
Ermənilərin əsir və girov saxladığı şəxslər ifadə verdi - MƏHKƏMƏ
11 iyul 2025 , 21:18
Cadugərlikdə ittiham edib qonşusunu vəhşicəsinə öldürdü
11 iyul 2025 , 19:59
Bakıda kişi kirayə yaşadığı evdə ÖLÜ TAPILDI
11 iyul 2025 , 19:33