<b>Onları ayrı-ayrı şüşə qəfəsə qoydular - <span style="color:red;">Məhkəmədə qəribə olay </b>
11 dekabr 2017 11:53 (UTC +04:00)

Onları ayrı-ayrı şüşə qəfəsə qoydular - Məhkəmədə qəribə olay

 

 

150 manata görə tanışına 12 bıçaq vurmaqda təqsirləndirilən Əliyev İlham Məmməd oğlu və  Əlizadə Vüqar Bayraməli oğlunun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

 

Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

 

Məlum olub ki, hər iki şəxs bir birinin əleyhinə ifadə verdiyi üçün aralarında düşmənçilik var.

 

Ona görə onları eyni şüşə qəfəsə salmayıblar.

 

Məhkəmə baxışı dekabrın 13-ə təyin edilib.

 

Qeyd edək ki, hadisə bu il Sabunçu rayonu Maştağa qəsəbəsində baş verib. 1994-cü il təvəllüdlü Əlizadə Vüqar Bayraməli oğlunun tanışı, 1993-cü il təvəllüdlü Quliyev Kamran Yaşar oğlunu pula görə bıçaqlayaraq qətlə yetirdiyi məlum olub. Belə ki, hər iki şəxs fəhləliliklə məşğul olub və 23 yaşlı Kamran tanışından bir müddət əvvəl borc pul alıbmış. Borcun məbləği isə 150 manat olub. V.Əlizadə tanışından pulu qaytarmasını istəyib. Lakin K.Quliyev imkanının olmadığını, ona bir neçə gün möhlət verməsini istəyib. V.Əlizadə isə razılaşmayıb, kifayət qədər gözlədiyini deyib.

 

 

 

Tanışların mübahisəsi daha sonra davaya keçib və 22 yaşlı oğlan 23 yaşlı həmyerlisinə 12 bıçaq zərbəsi endirərək öldürüb.

 

 

Əlizadə Vüqar polis tərəfindən saxlanılıb. O, sonra bildirib ki, cinayət əməlini tək yox, tanışı Əliyev İlhamla birlikdə törədib. Bundan sonra Əliyev İlham da saxlanılıb.

 

Onlara Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) maddəsi ilə ittiham verilib.

# 121
avatar

Səlcuq Elçin

Oxşar yazılar

3 milyarddan çox rüşvət alan deputat beynəlxalq axtarışa verildi

3 milyarddan çox rüşvət alan deputat beynəlxalq axtarışa verildi

27 fevral 2024 , 16:30
Teatrda  işçinin meyiti tapıldı

Teatrda işçinin meyiti tapıldı

27 fevral 2024 , 16:12
Bakıda məşhur restoranda  nöqsanlar   aşkarlandı

Bakıda məşhur restoranda nöqsanlar aşkarlandı

27 fevral 2024 , 16:03
Azərbaycan millisinin sabiq güləşçisi həbs edildi

Azərbaycan millisinin sabiq güləşçisi həbs edildi

27 fevral 2024 , 16:00
Bakıda 29 yaşlı kişi itkin düşdü

Bakıda 29 yaşlı kişi itkin düşdü

27 fevral 2024 , 15:36
Bakı həbsxanasında DAHA BİR ÖLÜM

Bakı həbsxanasında DAHA BİR ÖLÜM

27 fevral 2024 , 15:18
Kök deputatı  təyyarədən qovdular

Kök deputatı təyyarədən qovdular

27 fevral 2024 , 14:33
12 yaşlı qız özünü öldürdü

12 yaşlı qız özünü öldürdü

27 fevral 2024 , 14:24