[b]Heroin alveri edən polisə HÖKM OXUNDU[/b]
14 iyun 2017 15:34 (UTC +04:00)

[b]Heroin alveri edən polisə HÖKM OXUNDU[/b]

Narkotik maddələrin alverində təqsirləndirilən sabiq polis inspektoru Samir Feyzullayev və Əlizamin Bayramovla Samir Əliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

 

Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Şəkər Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hakimlər kollegiyasının hökmünə əsasən, təqsirləndirilən şəxslərin hər biri 10 il müddətinə azadlıqdan məhrum ediliblər.

 

Qeyd edək ki, ötən ilin əvvəlində Cəlilabad rayon Polis Şöbəsinin əməliyyat üzrə inspektoru Samir Feyzullayev Bakıda Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həbs olunub. Onun üzərindən 1 kq heroin götürülüb. Ə. Bayramov və S. Əliyev də eyni ittiham üzrə həbs olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 93
avatar

Səlcuq Elçin

Oxşar yazılar