<b>Goranboyda traktor aşdı</b> - <span style="color:red;"><b>4 yaralı</b>
14 iyul 2018 06:23 (UTC +04:00)

Goranboyda traktor aşdı - 4 yaralı

Goranboy rayonunda ağır yol qəzası baş verib.

 

APA-nın qərb bürosunun verdiyi xəbərə görə, hərəkətdə olan "Belarus" markalı traktorun aşması nəticəsində 4 nəfər xəsarət alıb.

 

Qəza zamanı xəsarət alan  Samux rayonu, Ağasıbəyli kənd sakini, 1967-ci il təvəllüdlü Əsgərov Xanpolad Zahid oğlu, onun həmkəndlisi, 1974-cü il təvəllüdlü Məhərrəmov Daşqın Mədət oğlu, Goranboyun Baxçakürd kənd sakini, 1959-cu il təvəllüdlü Kərimov Rəfail Fərman oğlu və onun həmkəndlisi, 1990-cı il təvəllüdlü Həsənov Xəyal Mədət oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alaraq  Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdiriliblər. Onlara tibbi yardım göstərilib. Xəsarət alanlardan ikisinin vəziyyəti orta-ağır, daha ikisinin isə kafidir.

 

Məlumata görə, qəzaya yağan yağışdan sonra yolun çökməsi səbəb olub. Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 291
avatar

Oxşar yazılar