<b>Goranboyda ağır qəza</b>: <span style="color:red;"><b>bir ailənin 4 üzvü yaralandı</b>  - <span style="color:red;">YENİLƏNİB
04 iyun 2017 22:03 (UTC +04:00)

Goranboyda ağır qəza: bir ailənin 4 üzvü yaralandı - YENİLƏNİB

Goranboyda baş verən ağır yol  qəzasında yaralananların kimliyi məlum olub.

 

APA-nın qərb bürosunun verdiyi məlumata görə, yol qəzası Bakı-Qazax magistral yolunun Goranboy rayonu Dəliməmmədli qəsəbəsindən keçən hissəsində baş verib.

 

Gəncə şəhər sakini, 1989-cu il təvəllüdlü Əliyev Vüqarın idarə etdiyi “VAZ 21015” markalı avtomobillə 1982-ci il təvəllüdlü, Goranboy rayonu, Qaradağlı kənd sakini Mövlayev Borisin  idarə etdiyi “VAZ 2106” markalı avtomobil toqquşub.

 

Qəza nəticəsində hər iki sürücü, həmçinin “VAZ 2106”-da olan sərnişinlər,  Qaradağlı kənd sakinləri, 1985-ci il təvəllüdlü Mövlayeva Sveta, 2006-ci il təvəllüdlü Mövlayeva Əfsanə, 2009-cu il təvəllüdlü Mövlayeva Aysel və 1985-ci il təvəllüdlü Cəfərov Mürvət müxtəlif dərəcəli xəsarətlərlə Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdiriliblər.

 

Mövlayeva Əfsanə və Mövlayeva Ayselin vəziyyəti normal, digərlərinin ki orta-ağır kimi qiymətləndirilir.

 

Faktla bağlı Baş Dövlət Yol Polis İdarəsində araşdırma aparılır.

 

***

 

Bakı-Qazax magistral yolunda ağır yol qəzası baş verib.

 

APA-nın qərb bürosunun verdiyi məlumata görə,  qəza magistral yolun Goranboy rayonun Dəliməmmədli qəsəbəsindən keçən ərazisində baş verib.

 

İlkin məlumata əsasən, “ VAZ 2106” və “VAZ-21015” markalı avtomobilin toqquşması nəticəsində 5 nəfər yaralanıb.

 

Yaralılar Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına çatdırılıb.

 

 Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 92
avatar

Oxşar yazılar