<b>Əməkdar artistə 32 min manat “pul atan” qadın <span style="color:red;">MƏHKƏMƏ QARŞISINDA </b>
18 iyul 2018 10:46 (UTC +04:00)

Əməkdar artistə 32 min manat “pul atan” qadın MƏHKƏMƏ QARŞISINDA

Tanınmış müğənniyə qarşı dələduzluq etrməkdə  təqsirləndirilən Məlahət Məmmədovanın cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

 

Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində  hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

 

Məhkəmənin baxış iclası iyulun 20-nə təyin edilib.

 

Qeyd edək ki, M.Məmmədova vətəndaşların etibarından sui-istifadə edərək dələduzluq əməli törədib. O, ümumilikdə 300 minə yaxın pulu dələduzluq yolu ilə ələ keçirib.

 

Zərərçəkənlər arasında  Azərbaycanın əməkdar artisti, müğənni Könül Kərimova da var.

 

M.Məmmədova müğənninin oğlu Rəşad Rəhimovu Rusiya Universitetlərindən birinə qəbul etdirib, daha sonra Azərbaycan Dövlət İqtisad Universitetinə köçürtdürəcəyi ilə bağlı vəd verib. O, bu işə görə K. Kərimovadan ümumilikdə 32 min manat pul alıb.

 

M.Məmmədova Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda) maddəsi ilə ittiham edilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 329
avatar

Səlcuq Elçin

Oxşar yazılar