
DİN-dən sosial şəbəkə istifadəçilərinə XƏBƏRDARLIQ
Daxili İşlər Nazirliyi sosial şəbəkə istifadəçilərinə xəbərdarlıq edib.
Nazirlikdən Lent.az-a verilən məlumata görə, son günlər Daxili İşlər Nazirliyinin adından və loqotipindən istifadə etməklə sosial şəbəkələrdə icazəsiz və saxta səhifə, kanal, profillər yaradan, işlədən şəxslərin sayı artmaqdadır:
"Belə profillərin yaradılması, işlədilməsi yolverilməzdir və qanunla müəyyən edilmiş qaydada məsuliyyət yaradır. Həmin səhifə və profillərdə polisin fəaliyyətinə dair təhrif olunmuş yanlış məlumatlar yerləşdirilir, vətəndaşlar tərəfindən ünvanlanmış suallara səhv cavablar yazılır.
Ona görə də sosial şəbəkə izləyicilərinə saxta səhifə və profillərdən istifadə etməməyi tövsiyə edirik".
DİN bir daha xatırladır ki, ictimaiyyətlə əlaqələrin daha da genişləndirilməsi, polis-vətəndaş və polis-media münasibətlərinin daha da yaxşılaşdırılması məqsədilə Daxili İşlər Nazirliyinin sosial şəbəkələrdə yaradılmış rəsmi səhifələri 2 ildən artıqdır fəaliyyət göstərir.
Vətəndaşlar DİN-in rəsmi www.mia.gov.az saytından "facebook", “instagram ”, "twitter" və "youtube" hesablarına keçid işarə düymələrindən istifadə ilə, yaxud aşağıdakı linklər vasitəsi ilə həmin səhifələri bəyənmə və abunə olmaqla məlumatları əldə edə bilərlər:
Facebook - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi
keçid linki (https://www.facebook.com/mia.gov.az/)
İnstagram – azerbaycan.din
keçid linki - (https://www.instagram.com/azerbaycan.din/)
Youtube - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi
keçid linki - (https://www.youtube.com/channel/UCnOFln-vwFvkLMCMGyg2j-w?view_as=subscriber)
Twitter - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi (https://twitter.com/MIAAzerbaijan)
Oxşar yazılar

Polşada azərbaycanlıların yaşadığı hostelə BASQIN
12 iyul 2025 , 11:08
Şəkidə 87 yaşlı kişi faciəvi şəkildə öldü
12 iyul 2025 , 09:38
Rusiyada aeroportda ƏMƏLİYYAT: iki azərbaycanlının malları əllərindən alındı
12 iyul 2025 , 09:35
Nadir Yalçına ağır itki
12 iyul 2025 , 09:16
İsmayıllıda zəlzələ oldu
12 iyul 2025 , 08:42
İctimai fəal Anar Abdullayev həbs edildi
12 iyul 2025 , 01:42
Şirvanda 23 yaşlı gənci bıçaqladılar
11 iyul 2025 , 21:25