[b]Dağlardakı yanğının söndürülməsinə 2 helikopter və 1 təyyarə göndərildi - FOTO[/b]
29 iyul 2018 10:17 (UTC +04:00)

[b]Dağlardakı yanğının söndürülməsinə 2 helikopter və 1 təyyarə göndərildi - FOTO[/b]

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə iyulun 27-də Siyəzən rayonunun Ərziküş və Köhnə Quşçu kəndləri, Şabran rayonunun Zöhrabkənd kəndi yaxınlığında meşəlik ərazilərdə davam edən yanğınların yayılmasının qarşısının alınması barədə məlumat daxil olub. Lent.az nazirliyin saytına istinadən xəbər verir ki, yanğın söndürülsə də, ərazidə tüstülənmə davam edir, açıq alov müşahidə olunmur: “Hazırda yanğınların söndürülməsi istiqamətində tədbirlər davam etdirilir. Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğın bölmələri, Aviasiya dəstəsinin 2 ədəd “Mi-17” helikopteri və "BE-200 ÇS" amfibiya təyyarəsi, Şimal Regional Mərkəzinin şəxsi heyəti, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Rayon İcra Hakimiyyətlərinin əməkdaşları və yerli sakinlərdən ibarət könüllülər yanğınsöndürmə işlərinə cəlb olunub. Yanğınsöndürmə işləri mürəkkəb reylefli yüksək dağ massivində aparılır. Əlavə məlumat veriləcək”.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 427
avatar

Oxşar yazılar