[b]Çexiyadakı Səfirliyimizdən maşınında qətlə yetirilən iş adamı haqda AÇIQLAMA[/b]
04 iyul 2017 13:12 (UTC +04:00)

[b]Çexiyadakı Səfirliyimizdən maşınında qətlə yetirilən iş adamı haqda AÇIQLAMA[/b]

 

Azərbaycanın Çexiyadakı səfirliyi bu ölkənin paytaxtında qətlə yetirilən həmyerlimiz barədə məlumat yayıb.

 

Səfirlikdən Lent.az-a daxil olan məlumatda bildirilir ki, iyunun 29-da Azərbaycan vətəndaşı Rəşad Qafarov Çexiyanın Praqa şəhərində özünə məxsus nəqliyyat vasitəsində cansız vəziyyətdə polis tərəfindən aşkarlanıb.

 

Sözügedən məsələ ilə bağlı Səfirlik polis orqanları ilə əlaqə saxlayaraq, baş vermiş hadisənin təfərrüatı barədə məlumat əldə etməyə çalışıb. Baş verən hadisənin qətl hadisəsi olduğu ehtimal edilir. Hazırda Çexiyanın hüquq-mühafizə orqanları tərəfindən istintaq aparılır. Səfirliyin konsulluğu tərəfindən mərhumun ailə üzvlərinə lazımı köməklik və dəstək göstərilir.

 

Səfirliyin məlumatında deyilir ki, bəzi kütləvi informasiya vasitələrində  mərhum R.Qafarovun Azərbaycanın Çexiya Respublikasındakı Səfirliyinin hər hansı bir nümayəndəsi ilə ortaq biznes maraqlarının olduğu iddiaları əsassızdır.

 

 

O da bildirilir ki, Rəşad Qafarov Azərbaycanın Çexiyadakı diasporasının fəal üzvlərindən biri olub. O, Rəşad Qafarov 2008-ci ildən Çexiyada sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa başlayıb və çalışdığı sektorda kifayət qədər nüfuz sahibi olub. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 193
avatar

Oxşar yazılar