![[b]Cəlilabadda 23 kəndi birləşdirən yolda TORPAQ SÜRÜŞDÜ[/b]](https://lent.az/storage/news/2019/may/15/big/aaed63acc0468eccde2cba49d7c0846a.jpg)
[b]Cəlilabadda 23 kəndi birləşdirən yolda TORPAQ SÜRÜŞDÜ[/b]
Cəlilabadda 23 kəndi rayon mərkəzi ilə birləşdirən yolda torpaq sürüşməsi baş verib.
ONA-nın cənub bürosunun məlumatına görə, bölgədə 20 min əhalinin istifadə etdiyi Cəlilabad-Cəngan-Soltankənd avtomobil yolunda yenidən sürüşmə aktivliyinin artması iri çatların yaranmasına səbəb olub. Bəzi ərazilərdə isə asfalt qatının qırılması yolun hərəkət hissəsini daraldıb.
Sözügedən avtomobil yolunda demək olar ki, hər il sürüşmə aktivliyi müşahidə olunur. Yolda mütəmadi təmir-bərpa işləri aparılsa da, Soltankənd və Hacıcavad kəndləri arasındakı hissədə yol yatağı yenidən dərəyə doğru axmağa başlayıb.
Məsələ ilə bağlı Cəlilabad Rayon Fövqəladə Hallar Komissiyasından bildirilib ki, yolun həmin hissəsinə yeraltı suların axıdılması üçün suötürücülər qoyulmaqla ərazidə yaxın günlərdə təmir-bərpa işləri aparılacaq.
Oxşar yazılar

20-ci mərtəbədən yıxılan iki yaşlı uşaq sağ qaldı
4 iyul 2025 , 06:17
Motosiklet iki piyadanı vurdu - Vəziyyətləri ağırdır
3 iyul 2025 , 22:01
"Qanuni oğru" Vaqif Süleymanov saxlanıldı - VİDEO
3 iyul 2025 , 21:18
Ermənistan ordusunun əsir düşən azərbaycanlılara verdiyi işgəncələrlə bağlı məhkəmədə ifadələr dinlənildi
3 iyul 2025 , 21:11Bilgəh çimərliyində DƏHŞƏTLİ ANLAR: 23 yaşlı oğlanın boynu sınıb öldü
3 iyul 2025 , 19:59
Gəncədə hovuza yıxılan kişi öldü
3 iyul 2025 , 19:33
Dubaydan Bakıya külli miqdarda brilyant qaşlar gətirmək istədi
3 iyul 2025 , 17:10