<b>Bakıda tanınmış qadın həkimi şantaj edən şəxsin cəzası azaldıldı</b>
06 aprel 2018 17:30 (UTC +04:00)

Bakıda tanınmış qadın həkimi şantaj edən şəxsin cəzası azaldıldı

Tanınmış həkimi şantaj edərək pul tələb etməkdə təqsirləndirilən Elnur İbrahimovun barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Lent.az-ın məlumatına görə, Bakı Apellyasiya Məhkəməsində hakim Namiq Məmmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Hakimlər kollegiyasının qərarına əsasən, E.İbrahimovun 7 il müddətinə azadlıqdan məhrumetmə cəzası 5 ilə endirilib.

Qeyd edək ki, E.İbrahimov Bakıda fəaliyyət göstərən klinikaların birində çalışan tanınmış nevropatoloq və EEG həkimi ilə sosial şəbəkədə tanış olub. Daha sonra E.İbrahimov onunla münasibət qurub. Bir qədər keçəndən sonra o, qadını rüsvay etməklə şantaj edərək ondan 8 min manatdan çox pul alıb.

 

Daha sonra həkim E.İbrahimovdan hüquq-mühafizə orqanlarına şikayət edib və o saxlanılıb. E.İbrahimovun barəsində həbs qətimkan tədbiri seçilməmişdi.

 

O, ittihamları qəbul etmədiyini və həmin qadından pulu yardım məqsədilə istədiyini söyləyib.

 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə E.İbrahimov 7 il müddətinə azadlıqdan məhrum edilib. O, məhkəmə zalında həbs olunub. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 334

Oxşar yazılar