<b>"Başına 2 çəkic vurub öldürdüm ki, pulunu götürüb araq alım" - <span style="color:red;">MƏHKƏMƏ </b>
07 iyun 2017 13:08 (UTC +04:00)

"Başına 2 çəkic vurub öldürdüm ki, pulunu götürüb araq alım" - MƏHKƏMƏ

Araq almaq üçün qonşusunun evinə girərək onu öldürməkdə təqsirləndirilən Rövşən Xalıqovun cinayət işi üzrə məhkəməsi başlayıb.

 

Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqı açıq elan edilib.

 

Söz dövlət ittihamçısına verilib. Prokuror ittiham aktının nəticəvi hissəsini elan edib.

 

Verilən ittiham üzrə təqsirləndirilən şəxs özünü təqsirli bilib.

 

 

 O, istintaqa verdiyi ifadəsini təsdiq etdiyini: "Pul lazım idi. Evə girdim. Birdən gördüm ki, Viktor oyaqdır. Ona görə məcbur qaldım bu hadisəni törətdim. Onun başına iki dəfə çəkiclə vurdum. Evdən 200 manat pul və pul kartı götürdüm. Əməlimdən peşmanam.".

 

Şahid qismində Nigar Ələkbərova ifadəsində qeyd edib ki, qətlə yetirilmiş Viktor Lituxin onun atasının dostu olub: "Hadisədən sonra axşam tərəfi Viktora zəng vurdum, o, telefonu götürmədi. Səhəri onun evinə getdim, yenə qapını açmadı. Evdən pis iyi gəlirdi. Sonradan onun öldürüldüyü məlum oldu".

 

 

 

Qeyd edək ki, ötən il iyunun 28-də Qaradağ rayonunun Lökbatan qəsəbəsində yaşayan Viktor Lituxinin baş nahiyəsində xəsarət olan və qismən çürüməyə məruz qalmış meyiti mənzilində tapılıb.

 

Araşdırmalar zamanı onun Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş R.Xalıqov tərəfindən tamah məqsədilə çəkiclə qətlə yetirilməsi müəyyən edilib. 

Məlum olub ki, R. Xaliqov hadisəni spirtli içkinin təsiri altında törədib.

 

Qaradağ Rayon Polis İdarəsinin (RPİ) 10-cu Polis Bölməsinin (PB) əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində R.Xalıqov tutulub.

 

O, Cinayət Məcəlləsinin 120.2.11-ci (qəsdən adam öldürmə, quldurluq, hədə-qorxu ilə tələb etmə) və 181.3.3-cü (quldurluq, zərərçəkmişin sağlamlığına ağır zərər vurmaqla törəldildikdə) maddəsi ilə ittiham olunur.

 

Onu da qeyd edək ki, R.Xalıqov 2015-ci ildə oğurluqda təqsirli bilinərək, həbs edilib. Məhkəmənin hökmü ilə o, 2 min manat məbləğində cərimə edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 84
avatar

Səlcuq Elçin

Oxşar yazılar