<b>“Buk-MB” raket komplekslərindən atəş açıldı <span style="color:red;">- VİDEO </b>
14 oktyabr 2017 16:29 (UTC +04:00)

“Buk-MB” raket komplekslərindən atəş açıldı - VİDEO

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun göstərişinə əsasən, Hava Hücumundan Müdafiə Qoşunlarının “Buk-MB” zenit-raket komplekslərinin döyüşə hazırlıq vəziyyəti yoxlanılıb. Lent.az Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, tapşırıqların yerinə yetirilməsi zamanı çətin radioelektron maneə şəraitində şərti düşmənin yüksəksürətli, kiçik ölçülü hava hədəfləri aşkarlanaraq izlənməyə götürülüb və praktiki raket atışları ilə məhv edilib.

 

Qarşıya qoyulan vəzifə və tapşırıqlar müvəffəqiyyətlə yerinə yetirilib, şəxsi heyətin döyüş hazırlığı, bacarığı və qarşılıqlı fəaliyyəti Müdafiə Nazirliyinin rəhbərliyi tərəfindən yüksək qiymətləndirilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 222

Oxşar yazılar