"...dedi, o da mənim kimi sonsuzdu, bağışlayıram" - <span style="color:red;">MƏHKƏMƏDƏN
30 avqust 2016 14:02 (UTC +04:00)

"...dedi, o da mənim kimi sonsuzdu, bağışlayıram" - MƏHKƏMƏDƏN

 

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində mərhum xalq artisti İlhamə Quliyevanın sabiq köməkçisi Mehriban Hüseynovanın cinayət işi üzrə məhkəmə prosesi davam edib.

 

Lent.az-ın məlumatına görə, hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə şahid qismində   Kəmalə Rüstəmova ifadə verib. O, ifadəsində bildirib ki, Mehriban Hüseynova ilə gözəllik salonunda tanış olub: "Mehribanın gözəllik salonu vardı, orda tanış olduq. Onun sayəsində İlhamə Quliyeva ilə tanış olmuşduq. Maşınım varıydı, İlhamə xanım xaricdə olan zaman aparıb pişiyinə yemek verirdim".

 

K.Rüstəmova bildirib ki, Mehriban Hüseynovanın "üzr videosu" yayılmadan öncə İlhamə Quliyeva zəng edərək onu təhqir edib: "Mən də pis oldum. Mənə əmrlə dedi ki, birgə olan bütün şəkilləri sil. Pis oldum. Orxanla əlaqə saxladım. Sonra İlhamə xanım məndən üzr istədi. Dedi ki, Mehriban Hüseynova ona qarşı pislik edib. Onu küçə söyüşləri ilə təhqir elədi. Məni öz evinə dəvət etdi, orada Ülvi Qılınc, Faiq Ələkbərli, Vüqar Bəkirov və Orxan Nadirov  var idi. Səs yazılarını qulaq asdıq. Orada Mehribanın danışıqları var idi, söyüş söyürdü. Vüqarla danışırdılar. Vüqara deyirdi ki, sənin bütün işlərinin üstünü açacağam. Sonra mən Mehribanı ora çağırdım. Səs yazılarında mənim barəmdə də pis sözlər demişdi. Ona görə Mehriban içəri girən kimi ona bir sillə vurdum. İlhamə xanım tapşırdı ki, Mehribanın çantasını, pulunu, telefonunu götürsünlər. İlhamə xanım dedi ki, Mehribanın telefonundan deputatların, nazirlərin, bütün vəzifəli şəxslərin nömrələrini silin, yola salın. Sonra Vüqar Mehribanı o biri otağa apardı, orada dindirirdi. Vüqar Mehribandan bütün əməllərini etiraf edib-etmədiyini soruşdu, o da təsdiqlədi. Sonra Mehriban kövrəldi, üzr istədi. Bunu da Faiq Ələkbərli kameraya çəkdi. İlhamə xanım dedi ki, Mehriban da mənim kimi sonsuzdu. Onu bağışlayıram, qoy Nazpərinin, Floranın, Briliantın, Elzanın yanında biabır olmayım".

 

Şahid  hadisələrdən əvvəl olanlardan da danışıb: "İlhamə xanım mənə zəng edib, Mehribanın saxta sənəd düzəltdiyini deyəndən sonra Mehribana zəng etdim. Dedim nə məsələdi, cavab verdi ki, onu zibilə salıblar. Mən Mehribanın sui-qəsd hazırladığına inanmıram. Çünki İlhamə xanımın ayağı bərbad haldaydı, Mehriban onun sarğısını açıb-bağlayanda ağlayırdı".

 

Mehriban Hüseynova replikayla çıxış edərək deyib ki, həmin evdə onu çox döyüblər, hətta bıçaqlayıblar.  Şahid isə bildirib ki, otaqda nə baş verdiyindən xəbəri olmayıb.

 

Şahid deyib ki, İlhamə Quliyevanın Mehriban Hüseynovanı tutdurmaq niyyəti olmayıb: "Hətta ona baş etibarnamə vermişdi. Bütüb işlərini Mehriban görürdü. Öz balası kimi onu istəyirdi. Mehriban da onun övladı kimi ona qayğı göstərirdi. Sonradan etibarnəməni ləğv etdirdi".

 

Məhkəmə prosesi sentyabrın 6- da davam edəcək.

 

Qeyd edək ki, xalq artisti İ.Quliyevanın sabiq köməkçisi M.Hüseynova 2015-ci il oktyabr ayının 21-də həbs edilib. Onun barəsində Cinayət Məcəlləsinin 29,180.3.2-ci (soyğunçuluğa cəhd, zərərçəkmiş şəxsə külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanıb.

 

Xatırladaq ki, İ.Quliyeva 2016-cı il fevral ayının 25-də səhər saatlarında 73 yaşında dünyasını dəyişib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 226
avatar

Səlcuq Elçin

Oxşar yazılar