50 yaşlı kişinin üstünə qaynar su töküldü - [b]Göygöldə[/b]
22 iyul 2017 02:32 (UTC +04:00)

50 yaşlı kişinin üstünə qaynar su töküldü - [b]Göygöldə[/b]

Gədəbəy sakini Bakı-Qazax magistral yolunda yanıq xəsarətləri alıb.

 

APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə yolun Göygöl rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

 

Gədəbəy rayon Saratovka kənd sakini, 1967-ci il təvəllüdlü Məmmədov İbrahim İspi oğlu idarə etdiyi “KamAZ” markalı yük avtomobilinin mühərrikinin qızdığını görərək maşının su qabının qapağını açmaq istəyəndə qaynar su onun bədəninə səpilib və yanıq xəsarətləri alıb.

 

İ. Məmmədov dərhal Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib. Vəziyyətinin kafi olduğu bildirilir.

 

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 174
avatar

Oxşar yazılar