1600-dən çox əcnəbi Azərbaycandan çıxarılıb <span style="color:red;">- Oktyabrda
10 noyabr 2015 15:02 (UTC +04:00)

1600-dən çox əcnəbi Azərbaycandan çıxarılıb - Oktyabrda

 

Dövlət Miqrasiya Xidməti 2015-ci ilin oktyabr ayı ərzində miqrasiya sahəsində görülən işlər barədə məlumat yayıb. Lent.az xidmətə istinadən xəbər verir ki, ay ərzində 2297 əcnəbi tərəfindən Azərbaycan Respublikasında olma, habelə müvəqqəti və daimi yaşama qaydalarına əməl etmədən inzibati qanunvericiliyin tələblərinin pozulması halları müəyyən edilib. Onlardan 19-nun Azərbaycan Respublikası ərazisində müvəqqəti və ya daimi yaşamaq üçün əsas verən sənədləri itirildiyindən yenisi ilə əvəz olunub, 191 nəfərin ölkə ərazisində yaşamaları leqallaşdırılıb, 1570 əcnəbinin Azərbaycan Respublikası ərazisini 48 saat ərzində tərk etmələri, 517 əcnəbinin isə inzibati qaydada ölkə hüdudlarından kənara çıxarılmaları barədə qərarlar qəbul edilib.

 

Ümumiyyətlə, ay ərzində Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən ölkədə müvəqqəti olma müddətlərinin uzadılması, müvəqqəti və daimi yaşamaq üçün icazələrin verilməsi, vətəndaşlığa qəbul, xitam, bərpa, eləcə də vətəndaşlıq mənsubiyyətinin və qaçqın statusunun müəyyənləşdirilməsi, həmçinin əmək fəaliyyətinin həyata keçirilməsi üçün iş icazələrinin verilməsi və mövcud iş icazələrinin müddətlərinin uzadılması ilə bağlı 11448 müraciət daxil olub. Müraciətlərin hər biri ayrı-ayrılıqda Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə uyğun olaraq araşdırılıb və müvafiq qərarlar qəbul edilib.

Ötən ay ərzində olduğu yer üzrə qeydiyyatla bağlı 48407 əcnəbinin müraciəti qeydə alınıb.

Bununla yanaşı işəgötürənin ölkə qanunvericiliyinin tələblərini pozmaqla iş icazəsi alınmadan əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin haqqı ödənilən əmək fəaliyyətinə cəlb edilməsi hallarının aşkar edilərək qarşısının alınması məqsədilə Xidmətin müvafiq struktur bölmələrinin əməkdaşları tərəfindən 20 halda yoxlama aparılıb, 17 halda qanun pozuntusu aşkar edilib və qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görülüb.

 

 

# 260
avatar

Oxşar yazılar

Bakıdan babasıgilə qonaq gedən  uşaq öldü

Bakıdan babasıgilə qonaq gedən uşaq öldü

21 may 2024 , 19:52
Bakıda gənc oğlan  özünü asdı

Bakıda gənc oğlan özünü asdı

21 may 2024 , 19:49
Məhkəmə "İmam Mehdi"nin  cəzasını azaltdı

Məhkəmə "İmam Mehdi"nin cəzasını azaltdı

21 may 2024 , 17:36
Azərbaycanda tələbə   yol qəzasında öldü

Azərbaycanda tələbə yol qəzasında öldü

21 may 2024 , 17:28
Bakıda  evdən meyit   tapıldı

Bakıda evdən meyit tapıldı

21 may 2024 , 17:15
Azərbaycanda məktəbli qız QIZILCADAN ÖLDÜ

Azərbaycanda məktəbli qız QIZILCADAN ÖLDÜ

21 may 2024 , 17:07
motosiklet

Bakıda motosikletlə "avtoş"luq edən həbs olundu

21 may 2024 , 16:50
Tərtərdə MİNA PARTLADI:  ölən var

Tərtərdə MİNA PARTLADI: ölən var

21 may 2024 , 16:04