Xaçmazda kişi evdə yanaraq ölüb.
Lent.az xəbər verir ki, hadisə Susayqışlaq kəndində baş verib.
Kənd sakini 56 yaşlı Vəlixanov Əvəz Həsənağa oğlu yaşadığı evdə uzanarkən çəkdiyi siqaret kötüklərini yerə atıb və yanğın başlayıb. Nəticədə kişi yanıqxəsarətləri alaraq, rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Lakin orada görülən tədbirlərə baxmayaraq, ölüb.
Faktla bağlı araşdırma aparılır.