Toy karvanında "avtoşluq" edən tutuldu - FOTO
21 iyul 2023 11:52 (UTC +04:00)

Toy karvanında "avtoşluq" edən tutuldu - FOTO

0

Gəncədə toy karvanında avtoxuliqanlıq edən şəxs saxlanılıb. 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Lent.az-a verilən məlumata görə, şəhər sakini Mustafa Əhmədovun sürücülük hüququ olmadan "VAZ"  markalı avtomobil ilə toy karvanında intizamsızlıq etməsi, yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq avtoxuliqanlıq etməsi müəyyən edilib.

Onun barəsində protokol tərtib olunaraq məhkəməyə göndərilib.

Məhkəmənin qərarı ilə M. Əhmədov 18 sutka müddətinə inzibati qaydada həbs olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2070

Oxşar yazılar