Tovuzda kişi evdə olan sobanın üzərinə yıxılaraq aldığı yanıq xəsarətlərindən ölüb.
Lent.az APA-ya istinadla bildirir ki, 84 yaşlı C.Kazımovun dəm qazından zəhərləndiyi, daha sonra huşsuz halda yanan sobanın üzərinə yıxılaraq yanıq xəsarətləri aldığı bildirilir.
Faktla bağlı araşdırma aparılır.
***
17:09
Tovuzda yanğın hadisəsi baş verib.
Lent.az APA-ya istinadla bildirir ki, hadisə Tovuzun Qovlar şəhərində qeydə alınıb. Yanğın baş verən evdə kişi meyiti aşkarlanıb. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib.
Meyiti tapılan şəxsin 84 yaşlı C.Kazımov olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.