Tovuzda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Lent.az APA-ya istinadla bildirir ki, rayon ərazisində "VAZ" markalı minik maşını yolu keçmək istəyən orta yaşlı qadını vurub.
Piyada aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.