Tovuz Dəmiryolu Vağzalında işçini cərəyan vurdu
24 yanvar 2025 10:13 (UTC +04:00)

Tovuz Dəmiryolu Vağzalında işçini cərəyan vurdu

Tovuzda kişini elektrik cərəyanı vurub.

Lent.az xəbər verir ki, hadisə Tovuz Dəmiryolu Vağzalında baş verib.

Qəbələ rayon sakini Rəcəbalıyev Röyal Məmmədşərif oğlu vağzal ərazisində elektrik xətlərinin yenilənməsini həyata keçirərkən onu cərəyan vurub. Nəticədə zərərçəkən müxtəlif dərəcəli yanıq xəsarətləri alaraq, Tovuz rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1161
avatar

Mehman Nəbiyev

Oxşar yazılar