Tiktoker İlhamə də saxlanılıb? 
24 dekabr 2024 01:16 (UTC +04:00)

Tiktoker İlhamə də saxlanılıb? 

Xəbər verdiyimiz kimi, “TikTok” sosial şəbəkəsində müxtəlif adlar altında əyləncə yarışları təşkil etməklə əxlaqsızlığı təbliğ edən şəxslərə qarşı polis əməkdaşları tədbirlər görür. 

Lent.az-ın xəbərinə görə, vətəndaşların narazılığına səbəb olan emin_resad” və “azerzahid6669966” adlı istifadəçilərin TikTokerlərin iştirakı ilə təşkil etdiyi yarışmalarda baş verənlər canlı yayımlanıb. 

Cəmiyyətdə birmənalı qarşılanmayan bu hərəkətlərlə bağlı aparılan araşdırmalar çərçivəsində “emin_resad” adlı “TikTok” səhifəsinin idarəçiləri — Abdullayev Emin və Rəşad qardaşları, “azerzahid6669966” adlı səhifənin idarəçisi Azər İsmayılov və digərləri saxlanılıblar. 

Xəbər yayılandan sonra sosial şəbəkələrdə həmin canlı yayımın aktiv iştirakçılarından olan İlhamə adlı tiktokerin də saxlanılması barədə məlumatlar yayıldı. 

Lent.az-ın əldə etdiyi məlumata görə, tiktoker İlhamə hələ saxlanılmayıb. 

Belə ki, polisin həyata keçirdiyi əməliyyat zamanı tiktoker İlhamə orada olmayıb. 

Hazırda əməliyyat tədbirləri davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 32602

Oxşar yazılar

Sumqayıtda fəhlə uçqunların altında CAN VERDİ

Sumqayıtda fəhlə uçqunların altında CAN VERDİ

22 iyul 2025 , 13:46
Gənc hokkeyçi otelin eyvanından yıxılıb öldü

Gənc hokkeyçi otelin eyvanından yıxılıb öldü

22 iyul 2025 , 13:31
Binadan yıxıldı, xəstəxanaya özü getdi

Binadan yıxıldı, xəstəxanaya özü getdi

22 iyul 2025 , 11:49
Rusiyada OMON azərbaycanlı dəstəni  belə saxladı - VİDEO

Rusiyada OMON azərbaycanlı dəstəni belə saxladı - VİDEO

22 iyul 2025 , 10:22
Xırdalanda 29 yaşlı fəhlə faciəvi şəkildə  öldü

Xırdalanda 29 yaşlı fəhlə faciəvi şəkildə öldü

22 iyul 2025 , 09:24
Gəncədə 21 yaşlı gənc bıçaqlandı

Gəncədə 21 yaşlı gənc bıçaqlandı

22 iyul 2025 , 08:08
Göygöldə restoranda iki yeniyetmə döyüldü

Göygöldə restoranda iki yeniyetmə döyüldü

22 iyul 2025 , 08:01
Gəncədə 41 yaşlı qadın bıçaqlandı

Gəncədə 41 yaşlı qadın bıçaqlandı

22 iyul 2025 , 03:08