“Təcili yardım” maşınının sürücüsü  güllələndi  -  VİDEO
04 fevral 2024 13:01 (UTC +04:00)

“Təcili yardım” maşınının sürücüsü güllələndi - VİDEO

Təcili yardım maşınının sürücüsü Moskva yaxınlığındakı Domodedovoda öldürülüb. 

Lent.az xarici mediaya istinadən bildirir ki, İstintaq Komitəsinin Moskva vilayəti üzrə Baş İstintaq İdarəsinin mətbuat xidmətindən verilən məlumata görə, qətldə şübhəli bilinən 56 yaşlı yerli sakin saxlanılıb.

Hər şey fevralın 2-nə keçən gecə Vostryakovo mikrorayonunda baş verib. Sərxoş olan şübhəlinin 33 yaşlı təcili yardım sürücüsü ilə münaqişəsi yaranıb. Bu zaman şübhəli şəxs siqnal tapançasından atəş açıb. Təcili yardımın sürücüsü aldığı xəsarətlərdən yerindəcə keçinib.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4596
avatar

Oxşar yazılar