Sumqayıtda 29 yaşlı gənci  bıçaqlayan axtarılır
27 iyun 2025 21:05 (UTC +04:00)

Sumqayıtda 29 yaşlı gənci bıçaqlayan axtarılır

29 yaşlı İsmayılov Sənan Sahil oğlunu aralarında baş vermiş münaqişə zəminində naməlum şəxs bıçaqlayıb. Hadisə şəhərin Sahil küçəsində qeydə alınıb.

Yaralı dərhal xəstəxanaya çatdırılıb. Faktla bağlı araşdırma aparılır.

Sumqayıt Tibb Mərkəzindən Lent.az-a bildirilib ki, Təcili Tibbi Yardım Xəstəxanasına 29 yaşlı şəxs hospitalizasiya olunub.

Qarnın açıq yarası diaqnozu təyin edilən gənc Reanimasiya şöbəsinə yerləşdirilib. Müalicəsi davam etdirilən pasiyentin vəziyyəti orta ağır qiymətləndirilir.

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin əməkdaşı polis leytenantı Elbrus İbrahimov bildirib ki, Sumqayıt şəhəri, Sahil küçəsində 29 yaşlı şəhər sakinini naməlum şəxsin kəsici alətlə yaralaması barədə ərazi polis orqanına məlumat daxil olub. Şübhəli şəxsin kimliyi müəyyən edilib. Onun saxlanılması istiqamətində tədbirlər görülür.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 592

Oxşar yazılar