Sərxoş kişi 27 maşının təkərini deşdi
20 fevral 2024 15:45 (UTC +04:00)

Sərxoş kişi 27 maşının təkərini deşdi

Rusiyanın Moskva vilayətində sərxoş şəxs 25-dən çox avtomobilin təkərlərini kəsib.

Lent.az yerli mediaya istinala xəbər verir ki, ilkin məlumata görə, bir nəfər sərxoş halda Ximki şəhərinin Panfilov küçəsində yerləşən evin həyətində bıçaqla 25-dən çox avtomobil təkərini kəsib.

Məlumata görə, hazırda 19 zərərçəkən hüquq-mühafizə orqanlarına müraciət edib.

Daxili İşlər Nazirliyinin rəsmisi İrina Volk özünün Telegram kanalında əlavə edib ki, kişi 27 avtomobil təkərini zədələyib. Eyni zamanda, o, təkərləri "müəyyən bir prinsipə görə" deşdiyini vurğulayıb.

Şübhəli şəxs saxlanılıb, onun 28 yaşlı yerli sakin olduğu məlum olub. 

Faktla bağlı cinayət işi açılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3489
avatar

Oxşar yazılar