Qubada qız qazdan zəhərlənib.
Lent.az xəbər verir ki, hadisə Hacıhüseynli kəndində baş verib. Kənd sakini 15 yaşlı A. Vəlixanova evin həyətindəki hamamda çimərkən dəm qazından zəhərlənib. O, xəstəxanaya yerləşdirilsə də, həyatını xilas etmək mümkün olmayıb.
Araşdırma aparılır.