Naxçıvanda dəm qazı FACİƏSİ:  baba öldü, 5 nəvəsi  zəhərləndi
14 fevral 2026 12:15 (UTC +04:00)

Naxçıvanda dəm qazı FACİƏSİ: baba öldü, 5 nəvəsi zəhərləndi

0

Naxçıvan şəhərində dəm qazı ailə faciəsinə səbəb olub.

Lent.az APA-ya istinadla xəbər verir ki, hadisə şəhərin Xətai məhəlləsində baş verib.

Dəm qazı sızması nəticəsində Ordubad rayonu Aşağı Əylis kənd sakini, 79 yaşlı Məmmədov Niftalı Məmməd oğlu dünyasını dəyişib.

Evdə olan nəvələri - 6 yaşlı Fatimə Məsimova, 8 yaşlı Hüseyn Məsimov, 9 yaşlı Məhəmməd Məsimov, 5 yaşlı Əli Məsimov və 4 yaşlı Həsən Məsimov zəhərləniblər. Onlar Naxçıvan Yolxucu Xəstəliklər Mərkəzinə yerləşdiriliblər.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 376

Oxşar yazılar