Gəncədə oğurluq malları "metallom"a satan  saxlanıldı - VİDEO
18 aprel 2026 11:35 (UTC +04:00)

Gəncədə oğurluq malları "metallom"a satan saxlanıldı - VİDEO

0

Gəncə şəhərində yerləşən dəri sexlərindən birinə naməlum şəxs və ya şəxslərin daxil olaraq oradakı elektrik mühərriklərinin mis sarğılarını, ümumi dəyəri 2000 manat olan əşyaları oğurlaması barədə polisə məlumat daxil olub.

DİN mətbuat xidmətinin Gəncə regional qrupundan Lent.az-a verilən xəbərə görə, Gəncə Şəhər Baş Polis İdarəsi əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində cinayəti törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş Murad Hüseynov saxlanılıb.

Dindirilmə zamanı M. Hüseynov törətdiyi cinayət əməlini etiraf edərək oğurladığı naqilləri metal qəbulu məntəqələrindən birinə satdığını bildirib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 670

Oxşar yazılar