Motoxuliqanlıq edərək görüntüləri sosial şəbəkədə paylaşan şəxs həbs olundu - VİDEO
06 iyul 2026 21:51 (UTC +04:00)

Motoxuliqanlıq edərək görüntüləri sosial şəbəkədə paylaşan şəxs həbs olundu - VİDEO

0

 Bakıda yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq motoxuliqanlıq edən və həmin görüntüləri sosial şəbəkədə paylaşan motosiklet sürücüsü polis əməkdaşları tərəfindən müəyyən edilib.

Lent.az xəbər verir ki, Xəzər Rayon Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsinin əməkdaşlarının keçirdiyi profilaktik tədbirlər zamanı 21 yaşlı Zülfüqar Ağazadə saxlanılıb.

Onun barəsində İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilib.

Məhkəmənin qərarı ilə Z. Ağazadə inzibati qaydada həbs edilib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 382

Oxşar yazılar