Məşhur aşbaz  diplomatın ölümündə   ittiham edildi - 22 il həbs tələb olunur
12 iyun 2023 13:52 (UTC +04:00)

Məşhur aşbaz diplomatın ölümündə ittiham edildi - 22 il həbs tələb olunur

Tamaşaçıların telekanallarda yayımlanan yemək müsabiqələrindən yaxşı tanıdığı aşbaz Somer Sivrioğlunun başı dərddədir.

Lent.az-ın Türkiyə mediasına istinadən xəbərinə görə, may ayının 20-də Sivrioğlunun İstanbulun Beşiktaş məhəlləsində işlətdiyi restoranın divarının uçması nəticəsində ölən və yaralananlar olub. Divar uçarkən küçədən keçən İordaniyalı keçmiş diplomat Ahmet Muhammed Salem Lubbad uçqun altında qalaraq ölüb, 1 nəfər yaralanıb.

Uzun müddətdir məhkəmə davası davam edən Sivrioğluna işində yol verdiyi məsuliyyətsizliyə görə cinayət işi açılıb. Prokuror məşhur aşbaza 22 il 6 ay həbs cəzası tələb edib.

Məhkəmə restoran sahibinin divarın ətrafdan keçənlər üçün təhlükəli olduğunu bilə-bilə təmir etməməkdə müqəssir bilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1896
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar